beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gümrah qalmaq üçün zeytun qəbul edin

Türkiyənin Səlcuq Universitetinin Əkinçilik fakültəsinin qida mühəndisliyi şöbəsinin müəllimi professor Musa Özcan A, D, E və K vitaminləri ilə zəngin olan zeytunu qəbul etməklə daha sağlam və gümrah qalmağın mümkün olduğunu bildirib.

Naharda qaçılmaz olan zeytun yağı sağlamlıq qaynağıdır. Bunun üçün də süfrələrdən əskik edilməməsinin zəruri olduğunun söyləyən professor bunları qeyd edib:

-“Zeytunun tərkibində olan D vitamini sümüklərin inkişafında əhəmiyyətli rol oynayır. Elə bu səbəbdən də, xüsusilə inkişaf çağında olan uşaqlar üçün bu giləmeyvə olduqca faydalıdır. Əgər səhər süfrələrinizdə zeytun olarsa, onun tərkibindəki fenolik maddəsi gün ərzində sizə daha çox enerji verər. ”

Professor Özcan müxtəlif səbəblərdən yaranan stressi də məhz zeytunun köməkliyi atıldığını vurğulayıb. Belə ki, gün ərzində 15-20 ədəd zeytun qəbul etməklə stessdən də azad olmuş olarsınız.


Tarix: 27.12.2012 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Saglamliq