beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hava çirkliliyinin velosiped sürənlərə təsiri

Şəhər mərkəzlərində digər nəqliyyat vasitələrinin yanında velosipedlər də var. Yanacaqsız olması, aşağı qiyməti və kiçik ölçüsü velosipedin və velosiped sürənlərin sürətlə yayılmasının əsas səbəblərindəndir.
Məlumata görə insanı stressdən uzaqlaşdıran, sağlam və gümrah olmasına imkan yaradan bu məşğuliyyət eyni zamanda orqanizmi daha çox oksigenlə təmin edir. Günümüzdə ekoloji problemin mövcudluğu və bunun nəticəsində yaranan hava çirkliliyi velosiped sürənlərə də ciddi təsir göstərirmiş.
Bu baxımdan ehtiyyatlı olmaq və qabaqcadan lazımi tədbirlər görmək vacibdir.
Çünki, karbon monoksid, ozon və azot dioksid kimi qazlarla bərabər avtomobil tüstüsünün dumanının hissəcikləri də insana təsir göstərir.
Bunlar ağciyərlərə girib, daha sonra qana qarışaraq sağlamlığa mənfi təsir göstərən zəhərli maddələr hesab olunur.
İngiltərə Tibb Dərnəyindən Dr. Viviene Nathanson böyük şəhərlərdə velosipedçi və piyadaların həddindən artıq dozada hava çirklənməsinə məruz qaldığını ifadə edir.
Lakin ilişən maskalardan istifadə etmək isə ağ ciyər problemi olanlar üçün məsləhət deyil. Bunu İngiltərə Sağlamlıq Cəmiyyətindən Alison Gowers öz cümlələrində ifadə edib. O, bildirib ki, təlimatlar istiqamətində istifadə xeyirlidir, lakin ağciyər problemi olanlarda nəfəs almağı çətinləşdirə bilər.
Astma və bahar soyuqdəyməsindən əziyyət çəkənlərə maska faydalıdır.


Tarix: 08.01.2015 / 12:24 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Saglamliq