beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazılı mənbələr və yoqa təmizləmə üsullarının təsnifatı

Yazılı surətdə əsas kimi qəbul olunmuş və təmizləmə üsullarını təsvir edən Yoqa mənbələri arasında ən dolğunları Qheranda samhita və Hatha-yoqa pradipikadu: Bu mətnlərin o qədər də qədim olmamasına baxmayaraq, onlar ənənəvi mənbələr kimi qəbul olunub.

Müasir hind Yoqa məktəblərinin çap etdiyi kitablarda, həm də Qərb Yoqada şatkarma çox qısa şəkildə verilir. Bu məktəblərdə Yoqam öyrənənlər üçün müəllimdən və ya təcrübəli şagirddən məsləhət almaq imkanı var. Azərbaycanda Yoqa məktəblərinin olmaması ilə əlaqədar mən Yoqa ilə məşğul olanlara təmizləmə üsullarını ətraflı izah edirəm.

Şatkarmanın ümumi qəbul edilmiş siyahısına müxtəlif Yoqa mənbələrində təsvir edilmiş altı təmizləmə proseduru daxil edilmişdir:
Neti (burnun təmizlənməsi).
Dhauti (həzm cihazının təmizlənməsi)
Lauliki və ya nauli (qarnın masajı)
Basti (bağırsaqların təmizlənməsi)
Kapalabhati (burun boşluqlarının təmizlənməsi və canlandırılması)
Trataka (diqqətlə baxma)

Bu altı prosedurun hər biri ayrıca bir əməl deyil, onların hərəsi bir qrup təşkil edir. Məsələn, dhautinm dörd növü var.




Sxem 2. Yoqa təmizləmə üsullarının təsnifatı

Yuxanda verilən sxemi geniş şəkildə açıqlamaq lazımdır ki, bu əməliyyatları müasir həyatda tətbiq etməyə mümkün olsun. Əməliyyatların əksəriyyətinin bir neçə adı var, məsələn: visara kriya = şankha prakşalana, ya da mula şodhana = qaneşa kriya = çakri karma. Bundan başqa, müxtəlif Yoqa məktəbləri Qheranda samhita və Hatha-yoqa pradi-pikada olmayan və ilkin mənbələrdən fərqlənən üsulları da əlavə edir. Ona görə də, təsvirin anlayışı da kifayət qədər mürəkkəbləşir. Qheranda samhitada 27 kriya verilir. Bu kriyaXax Bihar yoqa məktəbinin və Kaşmir mərkəzinin Vayşvantam yoqa aşramının dərsliklərindən götürülüb.
Cala neti (burun yollarının duzlu su ilə yuyulması).
Sutra neti (burun yollarının sap ilə təmizlənməsi).
Duqdha neti (burun yollarının süd ilə təmizlənməsi).
Qhrita (burun yollarının yağ ilə təmizlənməsi).
Danta mula dhauti (diş dibinin təmizlənməsi).
Cihva mula dhauti (dil kökünün təmizlənməsi).
Kapala randhra dhauti və ya urdhva çakri (kəllə deşiyinin təmizlənməsi).
Karna dhauti (qulağın xarici hissələrinin təmizlənməsi).
Karna randhra dhauti (eşitmə yollarının təmizlənməsi).
Çakşu dhauti (gözlərin təmizlənməsi).
Kuncala kriya və ya vamana dhauti və ya qacakarani (mədənin izlənməsi – barmaqlarla qusma gətirmək).
Kuncara kriya və ya qacakarani (mədənin təmizlənməsi – qarın əzələlərini yığmaqla qusma gətirmək).
Vyaqhra kriya və ya baqhi (3 saatdan sonra həzm olunmamış qusması).
Vatasara dhauti (gəyirmə).
Vastra dhaıtti (baftanı və ya binti udmaqla boğazın və qida borusunun təmizlənməsi).
Aqnisara kriya və ya vahnisara kriya (daxili orqanların masajı ı əzələlərini yığıb boşaltmaq yolu ilə).
Danda dhauti (boğazın və qida borusunun yuxarı hissəsinin təmizlənməsi, ip və ya qıça ilə).
Mula şodhana və ya qaneşa kriya və ya çakri karma (anusun təmizlənməsi).
Laqhu şankha prakşalana (həzm cihazının su ilə yüngül yuyulması)
Şankha prakşalana və ya varisara (həzm cihazının su ilə əsaslı yuyulması).
Lauliki karma və ya nauli.
Basti və ya vasti bölünür:
a) cala basti (su ilə imalə);
b) sthala və ya suşka və ya vata basti (hava ilə imalə).
Kapalabhati.
Trataka.
Vayu rancana (şüurun “çirkin” fikirlərdən təmizlənməsi).
Bhava şuddhi (xasiyyətin mantra ilə təmizlənməsi).

Məlumdur ki, bu təmizləmə prosedurlarını həyat tərzi kimi tutmayan Yoqa ilə məşğul olan sayıla bilməz. Ona görə də biz təmizləmə prosedurlarını da Yoqanın ayrılmaz hissəsi kimi qəbul etməliyik.

İnsan üçün bədənin 3 hissəsini təmizləmək vacibdir: gənziyi, mədəni və düz bağırsağı. Lakin hər bir insanın səhhətinin gözəçarpan pozuntuları var: birində xroniki zökəm, o birisində – həzm etməmə, başqasında – gəbəlik və s. Birinci növbədə bunlara fikir vermək lazımdır. Ona görə də, hər bir insan üçün onun səhhətinin pozuntularına uyğun təmizləmə prosedurları var. Lakin biz adi insana aid olan təmizləmə üsulların qrupunu seçməliyik ki, oxucuların əksər hissəsi onlardan faydalana bilsin.

Təmizləmə üsullarını seçərkən biz nəzərə almalıyıq ki, onların çoxu bir-biri ilə bağlıdır. Məsələn, sutra netini yalnız cala netini öyrəndikdən sonra etmək olar və bu iki üsul kapalabhatim düzgün və faydalı tətbiq etməyə imkan verir. Buna görə də üsulların ikisini də öyrənmək lazımdır. Şankha prakşalana prosedurunun sonunda vamana dhautim edirlər. Naulim öyrənməmiş bastim yerinə yetirmək mümkün deyil.

Bəzi çətin üsulları müəllif müxtəlif səbəblərə görə bu kitaba daxil etməyib, çünki vastra dhautim hind həkimləri “təhlükəli” hesab edir. Bundan başqa, bu üsul yalnız kök adamlara fayda gətirə bilər. Həm uzunsürən səhhət pozuntuları zamanı, həm də arıq və əldən düşmüş adamlara basti böyük fayda verir, naulim öyrənmək isə (xüsusən, onlar üçün) çox çətindir. Belə adamlar sadəcə imalə ilə kifayətlənə bilər. Bundan başqa, biz kapalabhati və tratakam bu fəsildə ona görə vermirik ki, kapalabhati həm də pranayamaya, trataka isə həm də meditasiyaya aiddir və onlar müvafiq bölmələrdə təsvir olunacaq.

Təmizləmə üsulların arasında hansıların seçilməsi insan orqanizmindəki üç doşadan birinin üstünlüyündən asılıdır. Netim, əsasən, qulaq-boğaz-burun problemlərinin aradan qaldırılmaq məqsədilə istifadə edirlər, vamana dhauti isə insan orqanizmində seliyin (kapha) miqdarının çox olması zamanı, yəni piylənmə, şəkər və s. xəstəliklərlə əlaqədar tətbiq edilir. Bastim insan orqanizminin ümumi zəifliyi (vata), naulim isə qidanın həzm olunmaması, mədə turşuluğunun artması, öd kisəsinin xəstə olması (pitta) hallarında edirlər.

Azərbaycanda Ayurvedam bilən və Yoqa ilə ciddi məşğul olan adamların sayı azdır. Buna görə də, təmizləmə üsulların tətbiq edilməsi zamanı Siz öz səhhətinizə nəzarət etməlisiniz.


Tarix: 27.12.2012 / 18:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 619 Bölmə: Saglamliq