beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqaretdən imtina narahatlığa son qoyur

İnsanların çoxu siqaret aludəçiliyinə bəhanə olaraq bunun onları sakitləşdirdiyini və stressi aradan qaldırması ilə izah etməyə çalışırlar.Həqiqətdə isə bu belə deyildir.Oksford və Kembric universitetlərindən olan mütəxəssislərin müştərək tədqiqatı bunu deməyə əsas verir ki,siqaret olduqca qısa bir zaman üçün sakitlik yaradır,halbuki siqaretdən imtina tamamilə stressə qarşı müdafiə mexanizmlərini gücləndirir.Nikotin stressin total olaraq mənimsəmə dərəcəsini artırır.Beləki,o aludəçiləri çətinlik və əməyə qarşı daha maraqsız etməklə yanaşı narahatlıq və gərginliyi artırır. 500 könüllü arasında aparılan tədqiqatın nəticəsi bunu deməyə əsas verir ki siqaretdən imtina etmək narahatlıq hissinə qalib gəlmək üçün daxili mexanizmləri gücləndirməklə bərabər onları hər hansı bir stress amilinə qarşı möhkəm etmiş olur.Bu təəccübləndirici deyil,çünki,nikotin güclü şəkildə asılılıq yaradan və dərin psixoemosional pozğunluqlar yaradan sinir zəhəridir.Əgər siqaret çəkən birisi ondan zamanla imtina etməyə çalışır,bir müddət az,daha sonar heç çəkməyərək müəyyən fasilədən sonar arasıra da olsa belə siqaret çəkirsə bu narahatlıq hissini daha da artırmış,sinir sistemini isə əlavə yükləmiş olur.Bu səbəbsiz günahkarlıq hissinin artmasına həyati-ciddi problemlərin qarşısında isə aciz olmağa səbəb olur.Belə insanlar daha ciddi xəstəliklərə namizəd olmaqla yanaşı bu xəstəliklərə tutulan zaman ən aciz reaksiya nümayiş etdirir və tezliklə məhv olurlar.


Tarix: 09.01.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Saglamliq