Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş gicəllənməsinin sadə müalicəsi

Bir çox insanların həyatında bu və ya digər səbəbdən baş gicəllənməsi olur.
Bu məsələ diqqət mərkəzində saxlanılmalı və ona etinasız yanaşılmamalıdır.
Baş ağrıları və ya baş gicəllənmələri fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi müxtəlif olur.
Odur ki, baş gicəllənmələri requlyar xarakter aldığında mütləq həkimə müraciət etmək vacibdir.
Baş gicəllənməsinin müalicəsi, xəstənin baş dönməsinin səbəbinə bağlıdır. Bu təhlükəli bir şeyin əlaməti ola bilər. Bu baxımdan həkimlə məsləhətləşmək lazımdır.
Baş gicəllənməsinin sadə müalicəsinə lazımi preparatlardan və prosedurlardan əlavə evdə bol maye qəbul etmək, düzgün qidalanmaq və istirahət daxildir.
Gərgin baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə müalicə oluna bilər. Bu ağrıların əsas səbəblərindən biri stressdir.
Stressin azaldılması vasitəsilə baş ağrılarından və baş gicəllənməsindən qurtulmaq olar. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələrdə sizə kömək edir.


Tarix: 08.01.2015 / 12:26 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq
loading...