beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alimlərin gecə yeməyə qəti münasibəti

Gecə yemək xeyir yoxsa zərərdi kimi suallar, alimlər arasında belə mübahisə mövzusu idi. Lakin amerika alimləri bu mübahisələrə son qoydular. Araşdırmalar göstərdi ki, axşam yemək piylənməyə gətirib çıxardır.

Elm dünyası təqid edir ki, artıq çəki enerjinin istifadəsi ilə onun qəbulu arasında mənfi fərqin olmasından irəli gəlir. Yəni çox yeyib az hərəkət etməkdən. Lakin bundan əlavə olan ünsürlərdə var imiş.

İllinoys ştatının alimləri sıçanlar üzərində sınaq keçiriblər. Onlar sıçanları iki qrupa ayıraraq, əvvəlcə onları adi yeməklə bəslyib, artıq 9 aylıqlarında (insan orqanizminin 20-25 yaş həddi) onları yalnız yağlı yeməklər ilə yedizdirməyə başlayıblar.

Bir qrupu gündüzlər, ikinci qrupu gecələr yedizdirirdilər. Bildiyimiz kimi sıçanlar gecə həyatı sürürlər, yəni gecə yeyib gündüz yatırlar. 6 ay yağlı yeməklər yeyəndən sonra sıçanlar kökəldilər, lakin müxtəlif cür. Gündüz yeyən sıçanlar (yəni yuxu zamanı) çəkilərinin 48% artırdıqları zaman, gecə (normal vaxt) yeyənlər cəmi 20% çəkilərini artırmışdırlar.

Hər bir canlı orqanizmin gündəlik ritmlərə malikdir. Onların nəzarəti altında bütün orqanizmin sistemi durur: bədənin temperaturu, ürəyin işləməsi, təzyiq və sair. Gecə yeyən zaman həzm bir çox problemlər ilə üzləşir. Həmçinin araşdırmalar onu göstərir ki, düzgün vaxtda yeməmək yuxusuzluğa, halsızlığa, enerji çatışmamazlığına gətirib çıxardır.

Gecə işləməyə məcbur olan bir çox insanlarda artıq çəki problemi vardır. Çünki onlar düzgün vaxtlarda qida gəbul edə bilmirlər.

Gündəlik ritmlə maddələr mübadiləsi arasında birbaşa əlaqə var. Bu əlaqə pozulduğu zaman artıq piylərin yaranmasına zəmin ortaya çıxır.


Tarix: 27.12.2012 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 295 Bölmə: Saglamliq