Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yay aylarında baş ağrısı və baş dönməsinə diqqət!

Hər keçən gün bir az daha istiləşməyə başlayan havalar insan sağlamlığı üzərində müxtəlif problemlər yaradır. Bəzi insanlarda baş ağrıları və baş dönmələri olur.
Bu baxımdan yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar günəş şüalarının ən təsirli olduğu günorta saatlarında çölə çıxmamalıdır. Çünki, yüksək istilik, tərləmə, halsızlıq, baş ağrısı, sinir sistemi pozuqluqları, baş gicəllənməsi, qusma, bulantı, nəbz sürətlənməsi kimi bir çox ciddi xəstələnmələrə səbəb olur. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
İdmanla məşğul olanlar isə hava istiliyinin yüksək olduğu günlərdə həddindən artıq məşq etməməlidir. Açıq havada işləyənlər isə bol-bol maye və mineral sulardan istifadə edə bilər.
5 dəqiqəlik duş isti havaya məruz qalanları həm fərahladır həm də mənfi təsirləri önləyir. Həmçinin həzmi asan yüngül qidalar seçilməli, sulu qidalara, meyvələrə fikir vermək lazımdır. Gündə ən az 2-2,5 lt su istifadə edilməlidir, qazlı içkilərdən isə uzaq durulmalıdır.
Çox isti havalarda və həddindən artıq idman vəziyyətlərində bu miqdar artırıla bilər.
Ürək xəstəliyi və ya hipertoniyası olanlar xaricində qidalarla duz alışı artırılmalıdır.


Tarix: 08.01.2015 / 11:12 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: Saglamliq
loading...