Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ac qalma

Nə qədər çox daxilən təmiz olmayan orqanizm qidalandırılırsa, o qədər də çox ona ziyan verilir. Ac qalmaqla orqanizmi təmizləmək mümkündür. Bu üsul hələ qədim zamanlardan insana məlumdur. Pifaqor, Sokrat, Platon sistematik surətdə ac qalmanı tətbiq edirdilər. Qidanın həzm edilməsi prosesi zamanı qanın çox hissəsi qarın boşluğundakı daxili orqanlara cəlb olunur. Ac qalma zamanı isə qan oradan çəkilir və toksinləri, xəstəlik törədən mikrobları məhv edib onları orqanizmdən xaric edir. Bəzən, sadəcə olaraq bir-iki gün ac qalmaq kifayət olur. Heyvanlar ac qalmanı müalicə üsulu kimi tətbiq edir. Xəstə inək ot yeməyi dayandırıb bir gölməçənin qırağında uzanıb hərdən bir su içir. Beləliklə, bir-iki gün ac qalmaq və doyunca su içməklə inək özünü sağaldır.

Qısa müddət ərzində ac qalmaq sağlam adamlar üçün də xeyirlidir, çünki ac qalma həzmə sərf olunan əlavə enerjini azad etməyə imkan verir. Ac qalma zamanı fərdi ehtiyaca uyğun doyunca su içmək lazımdır. Qəbul olunan su toksinləri, xəstəlik törədən mikrobları, onların həyat fəaliyyəti nəticəsində əmələ gələn tullantıları orqanizmdən xaric edir.

Qədim mətnlərə görə, yaşa dolmuş kişilər və qadınlar ay təqvimi ilə 11-ci gündə, bədrin və təzə ayın ikinci yarısının günlərində ac qala bilər.

Ac qalmanın təsiri terapevtik effekt ilə hüdudlaşmır, onun metafiziki aspekti də var. Ac qalma qanı “soyudur”. “İsti qan” emosiyalara aid olan daxili düşmənləri – şəhvəti, hirsi, tamahkarlığı, paxıllığı, qorxunu qıcıqlandırır. “Qanın soyuması” insanın şüurunu sakitləşdirir, tarazlaşdırır və meditativ təcrübələr aparıldıqda onun böyük köməyi olur.

Zəif və əldən düşmüş adamlara tam aclıq etmək olmaz. Bu məhdudiyyət həm də uşaqlara (18 yaşına qədər) və qocalara aiddir. Onlar o günlər ərzində müalicə məqsədilə asan həzm olunan yeməklər, çiy meyvələr (yemiş, banan və s.) və təbii meyvə şirələri qəbul etməlidir.
İştahası olmayan, revmatizmə, həzm pozuntusuna və ya hipertoniyaya məruz qalan adamlar həftədə bir gün ac qalmalıdır.
Ac qalmaq istəyən adamlar özlərini qabaqcadan psixoloji cəhətdən hazırlamalıdır. Onlar inanmalıdırlar ki, bu prosedurdan sonra orqanizm zəhərlərdən, şlaklardan azad olunacaq, xəstə orqanlar sağalacaq, onların bədəninə sağlamlıq, güc, cavanlıq qayıdacaq. Ac qalma zamanı adi gün rejimini dəyişməyə də bilərsiniz. Ac qalma zamanı təbiətdə, sakit yerdə, təmiz havada çox olmağa məsləhət görülür. Enerjiyə qənaət etmək məqsədilə yoqlar susmaq (mauna) məsləhət görür (heç olmasa, ayda bir dəfə) ki, bu da Sizin enerjinizə qənaət edəcək.

Ac qalma zamanı insan öz bədənində yüngüllük hiss edir, onun beyninə aydınlıq gəlir, əli-ayağı isə bir qədər soyuyur. Belə soyuma orqanizmdə qanın daha qənaətli paylanması və istiliyin əmələ gəlməsinin azalması ilə bağlıdır. Bunun qarşısını almaq məqsədilə soyuq günlərdə əyninizə isti paltar geyin.

Ac qalmanın əsas şərti gündə 10-12 stəkan təmiz çiy su içməkdən ibarətdir. Bu miqdarda su içmək şərti yerinə yetirilmirsə, hətta qısa müddət ərzində aparılan ac qalma öz mənasını itirir, çünki orqanizm maddələr mübadiləsinin məhsulları ilə zəhərlənə bilər. Bundan başqa, ac qalma üsulunu başa çatdırdıqdan sonra Siz yoqların pəhrizinə riayət etməlisiniz. Ac qalma nəticəsində orqanizm təmizlənir, əgər Siz ondan sonra ət, quş, balıq, yumurta, piy, acıtma ilə hazırlanmış un məmulatları, şəkər və alkoqol qəbul edirsinizsə, sonda mənfi nəticələr alacaqsınız. Yoqlar hər həftə qısa müddət (24 və ya 36 saat) ərzində ac qalmağı təklif edir. Uzunmüddətli ac qalmanı yalnız təcrübəli müəllimin nəzarəti altında etmək olar.

36 saatlı (bir gün və iki gecə) ac qalma belə aparılır: axşam yüngül qida qəbul edin, sonra bir gün ərzində qida qəbul etməyin, yalnız otaq temperaturunda su için (gündə 10-12 stəkan). Günün axınnda tüpürcəyinizi udmursunuz (tüpürürsünüz), çünki onun tərkibində çoxlu toksinlər var. 36 saat keçəndən sonra səhər çiy meyvə və tərəvəz (alma, kök, kələm və s.) yeyin. Heç olmasa, bir gün belə qayda ilə qida qəbul edin.

24 saatlı ac qalmanın 36 saatlıdan fərqi ondadır ki, Siz axşam qida (meyvə, meyvə şirəsi və tərəvəz) qəbul edirsiniz. Qalan xüsusiyyətlər 36 saatlı üsulda kimidir.

Həftədə bir dəfə ac qalmağa adət etmək lazımdır. Əvvəlcə ayda 1 dəfə, növbəti ayda 2 dəfə, sonrakı ayda 3 dəfə və, nəhayət, (ömür boyu) həftədə 1 dəfə davam etdirmək lazımdır.

Ac qalma zamanı bir az yoqa tənəffüsü (pranayama) ilə məşğul olmaq effektlidir. Ac qalma Sizə pis təsir edirsə, onda bu üsulu tətbiq etməyin.

Bəzi entuziastlar ac qalma zamanı bağırsağı imalə ilə təmizləmək (basti) təklif edirlər, yoqlar isə bunun əleyhinədir. Bunun əvəzinə ac qalmadan bir gün qabaq yekparə dənli bitkilərin sıyığını, meyvə, tərəvəz, qoz, fındıq yeyin və bilavasitə üsul etdiyiniz gün lazımi qədər su için.


Tarix: 27.12.2012 / 18:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1135 Bölmə: Saglamliq
loading...