beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir ayda artıq çəkidən azad olun

Məlumata görə 25-dən çox ölkədə metabolik balans proqramı tətbiq olunur.
Bu proqram vasitəsi ilə vahid sağlamlığa qovuşmaq artıq xəyal olmayacaq.
Qalıcı çəkiyə və daha gənc görünüşlü dəriyə sahib olmaq və təxminən bir aya kimi qısa bir müddətdə artıq çəkidən azad olmaq asan ola bilər.
Türkiyənin estetik sağlamlıq sahəsində fəaliyyət göstərdiyi bildirilən Dr. Əmrə bəy metabolik balans proqramı ilə həm də qalıcı çəkiyə malik olmağın mümkünlüyündən bəhs edib.
Yazın gəlməsi ilə əlaqədar artıq çəkidən xilas olmaq üçün bəzi insanlar şüurlu və ya şüursuz pəhriz proqramlarının tətbiqinə başlayır.
Onlardan gələn şikayətlərə görə itirilən çəkilər qısa müddətdə geri dönür. Bu dövr isə həm sağlamlığa həm də psixologiyaya mənfi təsir edə bilər.
Bu baxımdan həmin balans proqramı əhəmiyyətli hesab olunur.
Sözü gedən balans proqramında maddələr mübadiləsinin normal və sağlam işləməsi əsas götürülür. Məlumatda həmçinin bildirilir ki, insandan alınan qan nümunələrinin analiz edilməsi və Almaniyada metabolik balans laboratoriyasının qiymətləndirmə nəticələri sonda insanın metabolik xəritəsini çıxarıb.
Uyğun bir qidalanma proqramının hazırlandığını ifadə edən Dr. Əmrə bəy isə bu proqramda xüsusilə adamın sağlam bir immunitet sisteminə qovuşmasını təmin edəcək qidaların nələr olduğu, bədənin ehtiyac duyduğu enerjinin hansı yeməklərdən alınacağını izah edib.
Bu detallar göz önünə alınaraq hər adama xas olan bir proqram tətbiqi də faydalıdır.
Bu proqram sözün əsl mənasında lazımi proseduraları gözlənilməklə vaxtında və düzgün qəbul olunarsa artıq çəki probleminin həllini qısa müddətdə reallaşdıra bilər.


Tarix: 08.01.2015 / 12:46 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Saglamliq