Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğunluğa qalib gəlmənin 5 üsulu

Hər bir insan müəyyən bir zamandan sonra yorulur.

Stres və yorğunluq artıq çoxdan bizim həyat yoldaşımıza çevriliblər. İndi əsas məqsəd onları idarə etmək bacarığının olmasıdır. Sizə bir neçə üsul təqdim edirik ki, yenidən özünüzü formda hiss edə bilərsiz.

Qənaətçilər üçün. Çoxdan arzuladığınız bir şeyi əldə ediniz. Misal olaraq, özünüzü yaxşı bir istirahətə həsrət qoymayın, şoppinq edin. Hər şeydən imtina xəstəliyə gətirib çıxardar.

İşgüzarlar üçün. İstirahət zamanı mobil telefonunuzu söndürün. İlk baxışdan istirahət zamanı bir neçə iş zənglərinə cavab vermək o qədər qorxulu görünmür. Lakin bizim sinir sistemimiz bu halda gərgin olur, belə bir zəngin hər an gəlməsini gözləyirsiniz. Bu da istirahətdən sizi ayırır.

Qapalı insanlar üçün. Qapalılığın bir çərçivəsi olsa yaxşıdır. Ətrafa daha açıq insanlar daha az xəstələnir və daha az yorulurlar. Hər şeyin pis olduğu halda, yaxşı kimi özünüzü aldatmayın. Problemləriniz haqqında yaxınlarınız ilə bölüşün, yüngülləşərsiniz.

Pessimistlər üçün. Dünyaya baxışlarınızı dəyişin, bu sizə daha az yorulmanıza kömək edəcək. Daim yaxşı şeylər haqqında fikirləşin, əks halda sizə çətin nəsə kömək edər.

Tənbəllər üçün. Gününüzü səhər idmanı ilə başlayın fitnes-klubla bitirin. İdman stress hormonlarını (adrenalin və noradrenalin) dağıdır, yorğunluğu götürür.


Tarix: 27.12.2012 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 197 Bölmə: Saglamliq
loading...