beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Az yatmaq piylənməyə səbəb olur

Bəşəriyyət işləmək, televizora baxmaq və yaxud internetdə oynamaq naminə gecə yuxusundan oğurlayaraq, getdikcə daha az yatır. Cəmiyyətimiz yuxuludur və yatmaq arzusu getdikcə fövqəladə vəziyyətə çevrilir. Ekspertlərin fikrincə, yuxusuzluq gizli epidemiya miqyası alır.

Halbuki, yuxu mütləq zərurətdir və az yatmağın nəticələri sağlamlığa təsir göstərərək xərçəng, ürək-damar patologiyaları, şəkərli diabet və hipertoniyadan tutmuş müxtəlif xəstəliklərə səbəb olur. Son tədqiqatların nəticələrindən belə məlum olur ki, artıq çəki problemi də yuxusuzluqla bağlıdır.

1982-ci ildə ABŞ-da başlanan təcrübədə 32-49 yaşlarında 39 min adam iştirak etmişdir. Betezdadakı Milli Sağlamlıq İnstitutunun endokrinoloqu Covanni Çittsa demişdir: “Təcrübələr zamanı məlum olmuşdur ki, tədqiqatların ilkin mərhələsində gecələr 7 saatdan az yatanlar 20 ildən sonra artıq çəkidən, daha pisi, piylənmədən daha çox əziyyət çəkirlər”.

Bu tədqiqatların nəticələri həkimlər üçün gözlənilməz olmuşdur. Stenford Universiteti Yuxu Problemləri Mərkəzinin direktoru Emmanuel Minyo demişdir: “Bu, vaxtilə deyilənləri təsdiqləyir. 1992-ci ildən indiyədək aparılan bir çox tədqiqatlar qısamüddətli yuxunun bir çox sağlamlıq problemləri ilə əlaqədar olduğunu göstərmişdir”.

Bu sırada piylənmə dünyamiqyaslı problemdir və onun yaranmasına səbəb olan bir çox amillər aşkara çıxarılmışdır: həddən artıq kalori qəbul edilməsi, pəhriz, piylər və təmizlənmiş məhsullarla zəngin qida. Minyo bu məlumatı “Sleep” jurnalı səhifələrində belə şərh edir: ”Təəssüf, insan genomunda təkamül dəyişiklikləri həyat tərzimizdəki çoxsaylı dəyişikliklərlə müqayisədə gecikir.


Tarix: 10.01.2013 / 13:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 370 Bölmə: Saglamliq