beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Diqqət çatışmazlığı

Diqqət dağınıqlığı və ya hiperaktivlik, şəxsi həyata müxtəlif mənfi təsirləri olan pozuqluğa deyilir.
Bir adamda hiperaktivlik əlamətləri 7 yaşdan başlayarsa bu uşağın gələcəyinə də təsir edir. Həmçinin uşaqların sosial sahədə tam yetişməsinə imkan vermir.
Diqqət əskikliyi olan uşaqlar zamanla oyun və məktəb qaydalarına uyğunlaşa bilməyiblər.
Lakin digər uşaqlarla müqayisədə onlarda bəzi faydalı xüsusiyyətlər də olur. Həmin xüsusiyyətlərə yaradıcı olmaları, enerjili, istiqanlı, cana yaxın və düzgün fikirli olmalarıdır.
Onuda qeyd etmək lazımdır ki, bu cür uşaqlar tez güvənirlər. Onlarda inanc hissləri güclü olur. Sonradan hər hansı çətinlik yaşadıqda özlərinə qapanırlar.
Hətta bəziləri əlverişsiz şəbəkələrə və qruplara qarışır, zərərli işlərlə məşğul olur. Buda onların gələcəyinə pis təsir göstərir.
Bu baxımdan sağlamlıq prosedurlarını bilmək və ona riayət etmək lazımdır.


Tarix: 08.01.2015 / 11:12 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Saglamliq