beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tez yatıb tez qalxmaq piylənməyə təsir edir

Avstraliyalı elm adamları yeniyetmələrdə piylənmə xəstəliyinin qarşısını alan cəhətlərdən danışıb. Erkən yatmaq və qalxmaq kimi vərdişlər bir sıra xəstəliklərə təsir edirmiş. "Amerikan Sleep" jurnalında bildirilir ki, Cənubi Avstraliya Universitetindən Carol Maher 9-16 yaş arasında 2200 uşağı tədqiqatlara cəlb edib. Nəticədə gec yatıb gec qalxanların piylənmə ehtimalının digərlərinə nisbətən 1,5 qat çox olduğu üzə çıxıb. Daha çox televiziya, kompüter qarşısında vaxt keçirənlərdə bu hal müşahidə olunub.
Bəzi alimlər belə fikirləşirlər ki, yuxu beynin yorulması nəticəsində yaranır. Gün ərzində düşündüyümüz bir çox fikirlər beyni oyaq saxlayır. Nəticədə insan gec yatır və gec qalxır. Həmin insanlarda piylənmə və kökəlmə xəstəlikləri olur. Bunu üçün yuxuya getməzdən əvvəl günün stress və çətinliklərindən uzaqlaşmaq lazımdır.
Aparılan işlər zehni cəhətdən rahatlamış beynin keyfiyyətli yuxu keçirdiyini göstərib. Bu baxımdan elm adamları, çox yuxu yatmağın və yuxusuz olmanın sağlamlıq problemlərinə yol açdığını bildirir. Stressli adamlar və gecə saatlarına qədər film izləyənlər yatmazdan bir saat əvvəl elektron cihazlardan uzaqlaşmalı, duş almalı, beyni sakitləşdirməli və kitab oxumalıdırlar. Bütün bunlar düzgün həyat tərzi və sağlamlıq üçün faydalıdır.


Tarix: 08.01.2015 / 12:01 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Saglamliq