beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arıqlamaq üçün daha bir üsul

İnkişaf etmiş ölkələrdə (ABŞ, Avropa və s.) artıq çəki və fiziki sağlamlıqla əlaqəli problemlər müalicəvi, psixoloji metodlardan əlavə düşüncə gücü həll etmək olur. Məlumata görə bu üsulu tətbiq edənlər tez bir zamanda arıqlamaqla gözəl görünüşə sahib ola bilərlər.

Nevrologiya sahəsində fəaliyyət göstərən Türkiyəli mütəxəssis Dr. Deniz Egecenin, müsahibəsindən aydın olur ki, piylənmə kimi xəstəliklərin asan həll yollarından biri psixoloji yorğunluğu aradan qaldırmaq və düşüncə gücü ilə arıqlamaqdır.

Psixoloji sağlamlıq və beyin məşqləri, qidalanma, hərəkət, duyğu üzvləri ilə birgə insanı fiziki, zehni yorğunluqdan xilas edərək gözəl formaya sala bilər.
Bu baxımdan boş vaxtlarda fitness, yoga məşqləri, meditasiya və müalicəvi masaj üsullarını tətbiq etmək faydalıdır.

Pəhriz saxladıqda isə düzgün qida rasionuna riayət etmək vacibdir.

Çəkini aşağı salmaq üçün tərkibində çoxlu yağ və asan həzm olunan karbohidratlar olan yüksək kalorili ("zərərli") ərzaqlardan imtina etmək məsləhətdir.

Çəkini artırmayan aşağı kalorili ("faydalı") ərzaqların istifadəsini artırmaq lazımdır. Bitki və heyvani yağların kaloriliyi eynidir və çəki üçün hər ikisi eyni qaydada zərərlidir. Bu baxımdan bitki yağından istifadə etmək olar. İştahı azaltmaq üçün qida qəbulundan əvvəl bir stəkan su və ya şəkərsiz çay içmək təsirlidir.


Tarix: 08.01.2015 / 11:13 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Saglamliq