beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baş ağrısına nəzarət etməyin yolları

İnsanların bir çoxu həyatının bu və ya digər anında qısaca da olsa baş ağrısı keçirir. Çoxları baş ağrılarından qurtulmaq üçün müxtəlif üsullara əl atır. Lakin həmin metodların bir çoxu qısa müddətdə effektli olmur. Evdə, məktəbdə, iş yerində, küçədə vaxtsız yaranan baş ağrılarına praktik üsullarla nəzarət etmək mümkündür. Həmin praktik üsullara müsiqi dinləmək, rəsm çəkmək, xüsusi qeyd dəftəri tutmaq (şer yazmaq, musiqi bəstələmək və s.), fokuslanmaq və ya meditasiya etmək, ilıq duş almaq və s.aiddir.
Musiqi dinləmək
Əbəs yerə demirlər ki, musiqi ruhun qidasıdır. Tədqiqatlar sübut edib ki, musiqi dinləmək zehini rahatlaşdırır və baş ağrısına faydalıdır. Baş ağrısı zamanı sevimli musiqi parçasını dinləmək həmin problemi nəzarətdə saxlamağa kömək edir.
Rəsm çəkmək
Rəsmlə məşğul olmaq baş ağrısının müalicəsində effektli və ən təsirli üsullarından biridir. Bu baxımdan zövq oxşuyan müxtəlif rəsmlər çəkərək qısa müddətdə baş ağrısına qalib gəlmək olar.
Xüsusi qeyd dəftəri tutmaq
Xüsusi qeyd dəftərçələri yalnız dərs qeydləri və ya iş qeydləri üçün deyil. Həmin dəftərdə şer yazmaq, musiqi bəstələmək, istək və arulara uyğun müxtəlif qeydlər aparmaq olar.
Mərkəz nöqtəni dəyişdir və meditasiya etmək
Şiddətli baş ağrıları düşünmə qabiliyyətinə təsir göstərirsə bu zaman telefonla danışmaq, yemək hazırlamaq, musiqiylə məşğul olmaq, idman etmək, kitab oxumaq, gülməli filmlərə baxmaq, komik anları düşünmək olduqca faydalıdır. Yetər ki, baş ağrısı zamanı yaranan problemləri dəf edib, fokus nöqtənizi dəyişəsiniz. Bu cür davranışlar baş ağrılarının sürətlə aradan qalxmasına səbəb olur.
Meditasiya zamanı sadəcə gözləri bağlamaq və özünü 10 saniyəlik olduğunuz mühitdən təcrid etmək kifayətdir. Meditasya etmək üçün dağın təpəsində və ya dəniz kənarında olmağa ehtiyac yoxdur. Dərin nəfəs alıb verdikdə insanın rahatlaşmasına səbəb olan bu üsul başın ağrıdığı zamanlarda istifadə olunsa yaxşıdır.
İlıq bir duş almaq
İlıq bir duş və rahatlaşdırıcı masaj baş ağrılarına faydalıdır. Aromaterapiya yağlarıyla ağrıyan bölgələrin yüngül toxunuşlarla masaj edilməsi xeyirlidir. Daha sonra istəyə uyğun şirniyyat dadmaq və çay içmək olar.
Əgər baş ağrısı hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxan simptomatik və ya müstəqil xəstəlikdirsə daim diqqət mərkəzində saxlanılmalı və etinasız münasibət göstərilməməlidir. Bu cür ağrılara tipik nümunə kimi "Miqren" xəstəliyini göstərmək olar. Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Bu zaman yaranan ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. Bu cür insanlarda "tələffüzün aydın olmaması", "aydın düşünə bilməmə" kimi hallar qeyd edilir. Bəzi hallarda miqren zamanı görmə pozğunluğu, iflic kimi hallar da ola bilər. Bu baxımdan "miqren" xəstələrinə müalicə prosesində individual yanaşma seçilir və həmin xəstələrlə daha çox nevropatoloqlar məşğul olurlar.


Tarix: 08.01.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 59 Bölmə: Saglamliq