beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəsli yorğunluq

Hava dəyişməsindən ötəri bədənimiz fiziki dəyişikliklərə adaptasiya olmağa çalışarkən, zehinimiz də bənzər bir iş içində olur.Aşağıdakı vəziyyətlərdə mütəxəssisə müraciət edin:



— Daha əvvəl edə bildiyiniz işləri etməkdə çətinlik çəkirsinizsə.

— Qərar vermə və plan etmək baxımından çətinlik çəkəcək qədər zehni qarışıqlıq varsa.
— Münasibətlərə mənfi təsir edəcək ölçüdə əsəbilik və küsəyənlik yaşayırsınızsa.
— Həddindən artıq yorğunluq hiss edirsinizsə.
— Yuxuya meyl, səhərlər oyana bilməmək.
— İctimai fəaliyyətlərdən qaçmaq.
— Cinsi istəkdə nəzərə çarpan azalma.
— Həddindən artıq unutqanlıq, konsentrasiya aşağılığı.
— Nəzərə çarpan kilo dəyişiklikləri.

Təkliflər:

1. İş çoxluğu isə, tempi salın, monotonluq varsa həyatınızı rəngləndirəcək fərqli məşğuliyyətlər tapın.
2. Fiziki və ya romantik stress meydana gətirəcək mühitlərdən və işlərdən qaçın.
3. İş həyatınızda və şəxsi həyatınızda yeni strategiyalar təyin edin, komanda çalışması edin.
4. Tətil (ən yaxşı dərman) — İmkanları məcbur edərək bir neçə gün şəhər xaricinə çıxın.
5. İdman Günəşli, açıq havada gediş, qaçış, velosiped (hər gün 5 dəq). Havalandırılmış otaqda məşq (hər gün 10-15 dəq. nizamlı məşq ilə maddələr mübadiləsi sürətlənər və daha çox enerji meydana gətirər. Ürək-damar sisteminin və tənəffüsün təşkil edilməsini, toxumalara kafi səviyyədə oksigen getməsini təmin edər.)
6. Bol tərəvəz və meyvə yeyin! (Bədənin vitamin və mineral ehtiyacı artır. Xüsusilə B və C vitamini və kalium)
7. Gündə 3lt. su için! (yemək yemədən, yatmadan əvvəl az-az)
8. Spirtdən qaçın! (ilk başda enerji versə də sonrasında olduğunuzdan daha da yorğun hiss etmənizə səbəb olacaq)
9. Yuxu nizamına diqqət. (gündəlik dərdləri, stressləri zehininizdən uzaqlaşdırın)
10. İşlədiyiniz yeri təbii işıqla işıqlandırıb, ventilyasiyaya imkan yaratmaq.
11. Əzələ boşaldıcı məşqlər edin.


Tarix: 09.01.2013 / 22:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 293 Bölmə: Saglamliq