beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvəli Sağlamlıq

Şaftalı ürəyə xeyirlidir

Şaftalı xoş ətirli və şirəli meyvəsilə demək olar ki, bütün meyvələrdən fərqlənir. Meyvəsində 10 – 12 %-ə qədər şəkər, 0,8 % üzvi turşular, pektin, karotin, C və B vitaminləri, mineral maddələrdən: kalium, natrium və dəmir duzları var. Toxumlarının tərkibində isə 50 – 60 % əla keyfiyyətli piyli yağ və panqam turşusu olur. Elmi təbabətdə şaftalı toxumlarından

alınan piyli yağdan bir sıra məqsədlər üçün geniş istifadə olunur. Məsələn, bu yağdan emulsiya hazırlayıb körpə uşaqlarda tez-tez baş verən qarın ağrılarında zərif işlətmə dərmanı kimi

onlara içirdirlər. Bundan başqa, şaftalı yağından ürək dərmanı kimi təcili yardım məqsədilə geniş istifadə olunan “oleum kamforanın” tərkibində istifadə edirlər.

Şaftalı meyvəsindən həm təzə, həm də müxtəlif mürəbbə, kompot və şərbət hazırlanır. Şaftalının ürək-damar, böyrək və mədə-bağırsaq xəstəliklərində də çox mühüm müalicəvi əhəmiyyəti var.

Əncir soyuqdəymədən xilas edir

Bağbanların, alimlərin və botaniklərin fikrincə, dünyada yayılan və becərilən subtropik meyvəli bitkilər içərisində əncir qədər zəngin qidalı, ətirli və şirinliyə malik olan digər meyvəli bitki yoxdur. Başqa sözlə, əncirə xas olan dietiklik, yüksək kolorilik, ətirlilik, şirinlik və digər xoşa

gələn xassələr onu başqa meyvələrdən fərqləndirir.

Əncirdə bir sıra bioloji fəal və müalicə əhəmiyyətli, orqanizm üçün faydalı maddələr var. Bunlardan xüsusilə şəkəri (qlükoza, fruktoza, saxaroza, arabinoza), polisaxaridləri (nişasta, sellüloza, pentozalar, pektinlər, yapışqanlar və s. ), fosfatidləri, lesetini, piyli yağı, üzvi turşuları, vitaminləri (karotin B1, B2, B6, PP, C, D vitaminləri), makro və mikroelementləri (kalium, kalsium, maqnezium, ferrum, sink, aliminium və s. ) göstərmək olar. Bundan başqa, əncirin tərkibində antosian qlikozidı sambusin-xlorid və sambusin-anidin də müəyyən edilib.

Əncirin yarpaqları da bu cəhətdən çox faydalıdır. Yarpaqların tərkibind furokumarinlər (psoralen, berqapten), efir yağı, qatranlı maddələr və üzvi turşular (alma, limon və s. turşular),

rutin, C vitamini var. Əncir ağacının yarpaqlarından və kökündən dəmləmə (çay) hazırlayıb,

ishala və dezenteriyaya qarşı içirlər. Əncirin meyvəsini süddə bişirib qusmanın qarşısını almaq üçün işlədirlər.

Əncir bitkisinin yarpaqlarının saplağını və kal meyvələrinin südünü suda qarışdırıb (emulsiya) uşaqlarda baş verən qarın ağrılarına qarşı ağrıkəsici dərman kimi işlətmək olar. Qurudulmuş yarpaqlarının və cavan budaqlarının çayından qurdu olan adamlara içirtmək faydalıdır. Əncirin meyvəsini suda pörtlədib çiban yarasının üstünə qoyurlar ki, yaranı yetişdirsin və onun hovunu

alsın. Təzə dərilmiş yarpaqlarını yandırıb onun külündən inək yağında məlhəm hazırlayıb dəri yaralarının müalicəsində işlədirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi əncir çox faydalı bitkidir. Onun meyvələri ürək xəstəliyinin müalicəsi üçün gözəl şəfaverici dərmandır. Bundan başqa, əncirin meyvələri soyuqdəymə zamanı baş verən döş-boğaz ağrılarını, eləcə də quru öskürəklərin iltihabını aradan qaldıran və ağrı kəsən təsirə malikdir. Bundan əlavə, zərif işlədici və sidikqovucu xassəsi də var. Ümumiyyətlə, əncir meyvəsinin doşabı qanazlığı zamanı və zəifləmiş orqanizm üçün çox xeyirlidir.

Gavalı bağırsaqların dərmanıdır

Gavalı Azərbaycanın dеmək olar ki, bütün ərazisində bеcərilir. Bu meyvə qızdırmada, şiddətli titrəmə və baş ağrısında xеyirlidir. 460 q gavalını suda qaynadaraq yaxşı işlətmə dərmanı əldə еdirlər. Gavalı qurdqovucu təsirə malikdir. Ağızı yaxalamaq üçün yеmiş həlimi, gavalının yarpaq və kökündən hazırlanan dərman angina və badamcıq şişi zamanı xеyirlidir və damağı möhkəmlədir. Gavalını yaxşı həzm еtmək üçün, onu qızılgül ləçəklərindən bişirilmiş mürəbbə ilə yеmək lazımdır. Gavalı əzilib, dəri üzərindəki yara və dəmrova çəkilsə, fayda vеrmiş olar. Gavalı yarpaqlarının həlimi ilə ağızı yaxalasanız, boğazdakı iltihab dilçəyə və badamğıca gəlib çıxa bilməz. Gavalı kitrəsindən hazırlanan mərhəm gözün nurunu möhkəmlədir. Şirin gavalı ödü qovur. Gavalı kitrəsini su ilə qatıb içilsə sidik kisəsindəki daşları parçalayır…

Gavalının tərkibində müxtəlif orqanik turşular, karbohidratlar, 9-16% şikər, pеktin (2% qədər), minеral maddələr, C, B vitamini, karotin, azot birləşmələri və rəngləyici maddələr var.

Daha çox müalicəvi еffеkti qara gavalı vеrir. Hansı ki, qəbz vaxtı məsləhət görülür. Orqanizmdən suyu və xorək duzunu çıxartmağa qadir olan kalium duzunun mövcudluğu qara

gavalını qan təzyiqi və böyrək xəstəlikləri üçün tətbiq еdilməsi buna imkan vеrir. Qara gavalı

orqanizmdən xolеstеrini çıxarır, otеrosklеroz və öd kisəsi xəstəliklərində faydalıdır.

B vitaminlərinin, eləcə də C və PP vitaminlərinin bolluğu ilə məşhurdur.
Xeyirli xassələri: karbohidratların mübadiləsini normalaşdırır, həyəcanı aradan qaldırır,
diqqəti gücləndirir.
Nəyə kömək edir: uzunmüddətli stress, əlavə çəki.
Məhdudiyyətlər: şəkərli diabet.
Təcrübə: arıqlamaq üçün yemək vaxtı içilməlidir.

Qovun qanı təmizləyir

Qovun qanazlığını aradan qaldırmaqla yanaşı, həm də sinir sistemini də sakitləşdirir. İsti avalarda bol-bol istifadə edilən qovun qanı təmizləyir, böyrəklərdə qum və daşın tökülməsinə

kömək edir. Qovun həzmi də asanlaşdırır. Qovunun tərkibində su daha çoxdur. Onun tərkibində

orqanizm üçün yararlı olan B vitamini, xrom və yod elementləri var. Qovun dərini təravətli saxlayır, eyni zamanda karbohidratlarla zəngindir.


Tarix: 27.12.2012 / 11:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 534 Bölmə: Saglamliq