beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Musiqi ilə müalicə

İnsanlarla yanaşı bütün varlıqlara təsir edən musiqinin müalicəvi təsirləri çoxdur. Bu müalicə qədim dövrlərdən başlayıb. Müxtəlif bitkilərdən, dərmanlardan, rəqslərdən və musiqidən istifadə edərək xəstəni sağaltmaq olurmuş. Qədim Misirdə və Yunanıstanda həkimlər xəstələri səslərlə müalicə edirmişlər.
Çinlilərin fikrincə isə musiqi ilə bütün xəstəlikləri müalicə etmək olar. Onlar xəstə üçün "musiqili reseptləri" belə yazırmışlar. Farabi, Razi, İbn Sina, Həsən Əfəndi kimi Türk alimləri də bu sahədə əhəmiyyətli işlər görmüşlər. Qərb dünyası da musiqi ilə müalicə üsullarını inkişaf etdirmişdir.
Bütün bunlardan aydın olur ki, musiqi və sağlamlıq anlayışları bir-birinə çox yaxındır. Başqa sözlə ruhun qidası olan müsiqi xəstəliklərin dərmanı, depressiyanın düşmənidir. Həmçinin serotonin, norepinefreinin, dopaminin, melatoninin, kortizolun, adrenalinin, testosteron kimi hormonlara yaxşı təsir edərək, qan təzyiqi, tənəffüs ritmi, tənəffüs keyfiyyəti, nəbz sayı kimi fizioloji hadisələrə müsbət təsir göstərir.
Musiqi sinirləri öyrədərək beyin inkişafına dəstək olur. Vizual dünyanı dərk etmə, qavrama bacarıqlarının inkişafında faydalıdır. Uşaqlara əlavə olaraq musiqi təhsili vermək, zəka baxımından vacibdir. Daha çox klassik musiqilər beyni və ürəyi rahatlaşdırır. Musiqi həm də insanı depessiyadan uzaqlaşdırmağa, əhvalı düzəltməyə, bəzi xəstəlikləri müalicə etməyə kömək edir. Bu baxımdan psixologiya elmində uzun illər istifadə edilib. Bir fərdin musiqi ilə məşğul olması, psixologiya və sağlamlıq baxımından əhəmiyyətlidir. Musiqi ilə müalicənin təməlini təşkil edən monoton ritmlər mövcud reaksiyalara görə (sürətli, yavaş, yumşaq və ya sərt melodi ritmləri) istifadə edilirmiş. Bir sıra həkimlər və musiqiçilər depressiyadan ağıl xəstəliklərinə, yüksək təzyiqdən xroniki ağrılara kimi bir çox problemlərdə musiqidən istifadə edir.
Məlumata görə 2-ci dünya müharibəsində yaralanan əsgərlərin müalicəsində musiqidən istifadə edilib. 1947-ci ildə ABŞ-ın Miçiqan Dövlət Xəstəxanasında musiqi müalicə proqramı tətbiq olunub. Bu baxımdan bu müalicə son dövrlərdə aparılan elmi-tədqiqat işlərinin əsas mövzularından birinə çevrilib.
Amerika Birləşmiş Ştatları musiqi müalicəsini bir elm sahəsi olaraq qəbul etmişdir. Bu üsul 20-ci əsrin ortalarından psixologiya sahəsində geniş istifadə edilir.
Qərbdə klinikalarda, hüzur evlərində, xəstəxanalarda, məktəb və bir çox yerlərdə minlərlə mütəxəssis musiqi terapiyası tətbiq etməkdədir. Merilend Tibb Məktəbindən olan tədqiqatçılar izah etmişlər ki, sevimli musiqi səslənən zaman insanın keçirdiyi emosiyalar qan damarlarının fəaliyyətində özünü müsbət şəkildə göstərir. 3 il əvvəl ABŞ Kardioloqlar Assosiasiyasının elmi sessiyasında alimlər ürəyin fəaliyyətinə gülüşün müsbət təsir etdiyini bildirmişdilər.
Həkimlər nəticələri müqayisə edərək müəyyən etmişlər ki, sevimli musiqini dinləyəndən sonra musiqisevər insanın damarı, orta hesabla, demək olar ki, 26 faiz genişlənir. Eyni zamanda həyəcanlı musiqi dinləyən zaman qan damarları 6 faiz daralır.
Millerin sözlərindən aydın olur ki, ürək xəstəliklərinin profilaktikası üçün gündəlik həyatında müsiqidən istifadə etmək lazımdır.


Tarix: 08.01.2015 / 12:03 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Saglamliq