beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

K vitamini

K vitaminin faydaları: Qanın laxtalanmasında əsas rol oynayan K vitamini ispanaqda, balqabaqda, gül kələmdə, kahıda, göy noxudda, qatıqda, yaşıl bibərdə, yumurtanın sarısında daha çoxdur. K vitamini insan bağırsağındakı faydalı bakteriyalar tərəfindən də əmələ gəlir. Bu vitamininin yalnız kiçik bir hissəsi qaraciyərdə saxlanılır.

Orqanizmdə bu vitamin çatışmadıqda qanın laxtalanma xüsusiyyəti azalır. Nəticədə diş ətində, həzm sistemində, sidik yollarında, ağciyər və dəridə qanaxmalar meydana gəlir.

K vitamini normadan artıq olduqda isə qanda laxtalanma, damar tıxanıqlığı, qaraciyərin fəaliyyətinin pozulması kimi fəsadlar ortaya çıxır.

Yeniyetmələrdə gündəlik K vitamini ehtiyacı 80-150 milliqram olmalıdır.


Tarix: 08.01.2015 / 12:00 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Saglamliq