Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam qalmağın asan yolu

Sağlamlıq problemlərinin çox sadə və asan yolları var. Texnoloji nailiyyətləri, lazer texnologiyasını da əlavə etsək bəzi xəstəliklər günümüzdə qısa müddətdə müalicə edilir. Lakin, bu bir həqiqətdir ki, insan sağlamlığı düzgün qidalanmadan və idman məşqlərindən çox asılıdır.
Alimlər hesab edirlər ki, insan sağlamlığının əsas düşməni fiziki fəaliyyət azlığı və artıq çəkidir. Zərərli vərdişlər və işlər də əsas təhlükə mənbələrindən biridir.
Bu baxımdan düzgün qidalanma, düzgün həyat tərzi, idman məşqləri və s. prosedurlar nəzərə alınmalı, sağlamlıq mövzuları dərindən öyrənilməlidir.
Bütün bunlar insanın uzunömürlü olmasına təsir edir. Bu məsələdə bəzi insanlar öyrənmə və hafizə problemləri yaşaya bilər.
Bunun üçün lazımi prosedurlardan əlavə stressdən uzaq olmaq və düzgün qidalanmaq vacibdir.
Unutqanlıq hər adam da olmasa da bir çoxunda var. Bu baxımdan yemək fasilələrində bol miqdarda üzüm yemək olar.
Üzüm, enerji və unutqanlıq problemi olanlara yaxşı təsir göstərir. Həmçinin qlükoza çatışmazlığını aradan qaldırır.
Beynin yanacağı olaraq qəbul edilən qlükoza tez hirslənmə, istəksizlik və unutqanlığa xeyirlidir.
Üzüm yeməklə qana qarışan qlükoza, enerjini artırmaqla beynin işini təmin edir.
Üzümdə həmçinin B vitamini, dəmir, kalsium və fosfor olur. Bu maddələr sinirləri qidalandırmağa kömək edir.
Depressiyanı balıq yağı da həll edir. Bol miqdarda balıq yağı almaq beyin hüceyrələrini və hüceyrələrarası ünsiyyəti gücləndirir.
Ən əhəmiyyətlisi depressiyaya tutulma riskini böyük ölçüdə azaldır. Zehni şokolad və kofein də sakitləşdirir. Meyvə isə beynin köhnəlməsinin qarşısını alır.
Bol su içmək bədəndəki toksinlərin və stressin atılmasına kömək edir. Bütün bunlar insan sağlamlığına və hafizə inkişafına faydalıdır.


Tarix: 08.01.2015 / 11:59 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Saglamliq
loading...