beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlamlıq Mifləri

Diqqət etməli olduğun sağlamlıq mifləri

Yaxşı bilirik ki, ətrafında sənə məsləhət verənlərin sayı az deyil: anan, dostların, fitnes müəllimlərin… Amma bəzən əminliklə yerinə yetirdiyimiz məsləhətlər fikir qarışıqlığına səbəb olur. Odur ki, tez-tez eşitdiyimiz “türkəçarə”lərin tibbi baxımdan doğru olub-olmadığını araşdırdıq.

Mif 1 Burun qanamasını dayandırmaq üçün başını geriyə əy.

Bu metod paltar, divan və xalçanın təmiz qalmasına kömək edəcək, amma düzgün və təsirli bir tövsiyə deyil, hətta bunu, ümumiyyətlə, etmək olmaz, çünki bu hərəkətlə qan boğazından aşağı axmağa başlayacaq, bu isə gəyirmə yarada bilər. Bunun əvəzinə düz oturub, önə doğru əyil və burnunu əlinlə sıxaraq qanın axmasına imkan yarat. Qanama dayanmasa və ya yenidən qanaxma baş versə, mütləq həkimə müraciət et.

Mif 2 Unitazlardakı mikrobun çoxluğu bizi öldürməyə bəs edir.

Biz də tualetin kirli olduğunu düşünür və ona görə də tualetə girəndə heç bir yerə toxunmamağa çalışırıq. Amma araşdırmalar göstərir ki, unitaz oturacaqları və qapı tutacaqları mütəmadi olaraq təmizləndiyindən, orada mikrobun sayı o qədər də çox olmur, amma sabun qabları, siyirtmənin tutacaqları az-az təmizləndiyindən, burada mikrob sayı kifayət qədər çoxdur. Ona görə də diqqətli olub, bu hissələrdən özümüzü qorumalıyıq.

Mif 3 Boğazdakı bütün axintilar infeksion xəstəlikdir.

Boğaz ağrısını həddindən artıq ciddi problem hesab edib, həkim qəbuluna yazılırıq, o da öz növbəsində bizə antibiotiklər təyin edir. Halbuki, boğaz axıntıları ciddi bir xəstəlik olmaya da bilər. Bu, immun sisteminin xəstəlik və virusla mübarizə apardığını göstərir və tamamilə normal prosesdir. Bundan əlavə, bəzi soyuqdəymə sindromlarına qarşı antibiotiklər də təsir edə bilmir. Bu zaman bədənin öz təbii müdafiəsi köməyə gəlir, hər şey immun sisteminin möhkəmliyindən asılı olur. Ona görə də hər boğaz ağrıyanda, həddən artıq təlaşlanma.

Mif 4 Barmağın kəsilsə, həmin nahiyəyə dərhal buz qoy.

Barmağın kəsilən kimi, hamı həmin nahiyəyə buz qoymağı məsləhət görür, halbuki bu məsləhət doğru deyil. Doğru olar ki, oraya təmiz tənzif və ya adicə pambıq qoyub, qanaxmanı dayandırasan. Bunu edərkən, barmağını möhkəm sıxmaq və oraya təzyiq göstərmək də olmaz. Qanaxma dayanandan sonra barmağını yüngülcə sarı, sonra üstünə buz qoy. Kəsilən kimi həmin hissəyə buz qoymaq kəskin ağrıya səbəb olur.

Mif 5 Yağlı yeməklər sızanaq əmələ gəlməsinə səbəb olur.

Hamımızın eşitdiyi məsləhətlərdən biri də budur. Yeniyetməlik dövründə sızanaq probleminə həddən artıq diqqət verdiyi-miz üçün bir çox yeməkdən uzaq durmuşuq. Lakin araşdırmalar göstərib ki, yağlı yeməklər sızanaq əmələ gətirmir. Əlbəttə, sağlamlığınızı qorumaq baxımından yağlı yeməklərdə ifrata varmamaq lazımdır. Çox sevdiyimiz şokolad da sızanağın əmələ gəlməsinə səbəb olmur.
Damla Durak


Tarix: 27.12.2012 / 11:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Saglamliq