beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cakşu dhauti

Üsulun icrası. Gözün (çakşu) yuyulması üçün təmiz və sərin sudan istifadə olunur. Üzünüzü yuyanda çalışın ki, su nəinki yumulu, həm də açıq gözə (təbii ki, sabunsuz) dəysin. Sonra gözlərinizi bir neçə dəfə qırpın. Çay və ya dəniz suyu təmizdirsə, Siz suyun altına üzüb gözlərinizi aça bilərsiniz. Bundan başqa, daha bir göz yuma üsulu var, o da tratakaya aiddir və müvafiq bölmədə izah olunur.

Üsulun xeyri

Bu üsul göz sinirlərinin tonusunun saxlanılmasına kömək edir, göz zəifliyindən, konyunktivitdən, ptozdan (göz qapağının sallanması) və digər göz xəstəliklərindən qoruyur.

Cala neti, sutra neti, danta mula dhauti, cihva mula dhauti, karna dhauti, karna randhra dhauti, kapala randhra dhauti, kapala dhauti, çakşu dhauti – bu üsulları, əsasən, səhər vaxtı yerinə yetirmək lazımdır. Bu üsullardan sonra uşa panam (şəfəqin mədhi) içkisini qəbul etmək məsləhət görülür. Bir stəkan ilıq suya iki çay qaşığı bal və bir neçə damcı limon şirəsi qarışdırıb içmək lazımdır.

Kuncala kriva

Bu üsul ağız boşluğundan başlamış mədəyə qədər orqanların təmizlənməsindən ibarətdir. Kuncala (fil) kriyada. terapevtik və sağlamlaşdırıcı məqsədilə təbii qusma refleksindən istifadə olunur (şəkil 1A).

Üsulun icrası

1-3 litr qaynanmış ilıq su hazırlayın. Suyun bir litrində bir çay qaşığı duzu yaxşı həll edin. Mədədə turşuluq artıqdırsa, bu üsulu duzsuz da yerinə yetirmək olar. Belə adamlara bu üsul böyük fayda gətirə bilməz. Əvvəllər qıcqırma keçə, sonra isə qayıda bilər, buna görə də onlar kuncala kriyam arabir etməli, başqa üsullardan (aqnisara kriya, şankhaprakşalana, basti) isə əlavə kimi istifadə etməlidir.

Çömələrək oturıın və suyu mədəniz tam dolana qədər (əgər hiss edirsiniz ki, artıq içə bilmirsiniz ya da ürəyiniz bulanır) qurtum-qurtum için. 8-12 saniyədən sonra ayaq üstə durun, ayaqlarınızı birləşdirin və təxminən 90° bədəninizi vanna, ləyən və ya vedrənin üzərində əyilin. Sol əlinizi qarnınızın (mədə yerləşən hissəyə) üstünə qoyub bədəninizi bir qədər də aşağı salın. Sağ əlinizin şəhadət, orta və adsız barmaqları ilə udlağın arxa divarına dəymədən dilinizin kökünü qıcıqlandırın. Su gələn zaman əlinizi ağızdan çıxardın, çiyinlərinizi və bədəninizi qaldırın. Suyun mədədən gəlməsi kəsilən kimi bədəninizi yenə aşağı salıb bir də barmaqlarınızla dilinizin kökünü qıcıqlandırın. Bir neçə dəfə bunu təkrar etdikdən sonra su gəlmirsə, deməli mədə tamamilə boşalıb.

Mədədən qida qalıqları ilə bir yerdə çıxan suyun acı tamı varsa, üsulu bir də təkrar edin. Cihva mula dhautidz kimi əllərinizi təmiz yuyun və dırnaqlarınızı qısa kəsin ki, diliniz və boğazınız zədələnməsin. Öz dırnaqlarını kəsmək istəməyən qadınlar barmaqlarını tənziflə sarımalı və ya rezin cərrahiyyə əlcəkləri geyməlidir.

Üsulun icrası zamanı su mədədən gəlmirsə, deməli ya Siz dilinizin kökünü lazımi dərəcədə qıcıqlandırmamısınız, ya da Sizin diafraqmanız zəifdir. Narahat olmayın, su öz təbii yolundan çıxıb həm də eyni zamanda qəbizliyi yumşaldacaq.

Su sarı, yaşıl və ya acıdırsa, deməli mədədə artıq öd yığılmışdır. Əgər su çəhrayı rəngdədirsə, bu mədə yarası olduğunu göstərir. Beləliklə, bu üsul həm də ilkin diaqnostikanı verir.

Üsulu icra etdikdən sonra bir neçə saat istirahət etmək lazımdır, yalnız yarım saatdan sonra qida qəbul etmək olar, selikli qişa bu müddətə bərpa olunur. Birinci qida qəbulundan turş şirələr və süd istisna edilməlidir.

Satyananda sağlam insanlara kuncala kriyam həftədə bir dəfə etmək tövsiyə edir.

Üsulun xeyri:
mədədən tullantılar və zəhərlər xaric edilir;
mədənin aşağı düşməsinin qarşısını alır və onu sağaldır;
ifraz edilən mədə şirəsinin miqdarı artır;
həzm prosesini yaxşılaşdırır;
xroniki qastrit, kolit və qəbəliyi sağaldır;
artıq ödü mədədən xaric edir;
sızanaqlar, civzələr və allergik səpkilərin qarşısını alır;
qarın əzələlərinin boşalması nəticəsində ağciyərlərdə sinir reflekslərinin stimullaşdırılması, diafraqmanın ağciyərlərə etdiyi təzyiqin azalması hesabına öskürək tutmalarının sayı və intensivliyi azalır və, nəticə etibarilə, astmanın qarşısı alınır və o müalicə olunur;
şəkər xəstəliyini müalicə edir;
artıq çəkini azaldır;
öskürəyin və ağızdan gələn qoxunun qarşısını alır;
diafraqmanı möhkəmləndirir.




Şəkil 1 A



Xəbərdarlıq

Kuncala kriya mədədən və qida borusundan seliyi xaric edir, həm də üsulu icra etmək və selikli qişanı bərpa etmək üçün enerji lazım olur, buna görə də bu üsuldan sonra soyuq havaya çıxmaq olmaz. Üsulu yalnız səhər, acqarına, bağırsaqları və sidik kisəsini boşaltdıqdan sonra, cala netidən əvvəl edirlər.

Dəbəlik, mədə yarası, yüksək qan təzyiqi və ürək xəstəlikləri olan adamlar kuncala kriyam etməməlidir.

Hind həkimi Qarde hesab edir ki, kuncala kriyam, əsasən, bəlğəmlə əlaqədar (kaphaca vikara) və piylənmə və şəkər xəstəliyinə məruz qalan adamlar etməlidir. Arıq adamlar bu üsulu etməməlidir.


Tarix: 27.12.2012 / 11:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 548 Bölmə: Saglamliq