beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kapala randhra dhauti və Kapala dhauti

Kapala randhra – kəllənin üstündəki deşik (əmgək) deməkdir. Bu deşik anadan doğulmuş uşaqlarda görünür. Hindistanda hesab edirlər ki, əmgək bir darvazadır və qədim hind kitablarına əsasən, insan dünyasını dəyişəndə, onun ruhu bu darvaza vasitəsilə bədəni tərk edir.


Üsulun icrası

Kapala randhra dhauti çox sadə bir üsuldur: bir dəqiqəyə qədər başın üstünə soyuq su tökmək və eyni zamanda həmin yeri yavaşca sürtmək lazımdır, sanki Siz başınızı yuyursunuz. Bu üsulu həftədə bir dəfə edin.

Üsulun xeyri

Gigiyenik əhəmiyyətindən başqa, bu üsul dərinin tüklü hissəsini canlandırır və vaxtından əvvəl saçın tökülməsinin qarşısını alır. Bu üsul həyəcanı sakitləşdirir, yorğunluğu, yuxudan oyandıqdan sonra mürgüləməyi, başqa ağır hissiyyatları və bəzi baş ağrılarını aradan götürür.

Kapala dhauti üsulu kapala randhra dhautinin üsulunun bir növüdür. Əllərinizin barmaqlarınızı alnınıza iki tərəfdən qoyun və baş barmaqlarınızla təxminən bir dəqiqə gicgahları dairəvi hərəkətlərlə masaj edin – əvvəl bir tərəfi, sonra isə digər tərəfi. Bəzən bu üsulla baş ağrılarını yüngülləşdirmək və aradan götürmək mümkündür.


Tarix: 27.12.2012 / 11:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 265 Bölmə: Saglamliq