beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qoturbulaq

Qoturbulaq - Çəmbərək (Krasnoselo) rayonunda kənd.

Tarixi
Qoturbulaq - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir.

Müalicəvi əhəmiyyətli bulağın yaxınlığında salındığı üçün kənd Qoturbulaq adlandırılmışdır. Xəstə olan, qotura tutulan həmin sudan istifadə edirmiş. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Sonradan kəndin adı dəyişdirilib Ttucur (Turşsu) qoyulmuşdur.

1918-1919-cu illərədə bu ərazilər də ermənilərin hücumlarına məruz qalmışdır. 1920-ci iln sonuna kimi Gəncə (Yelizavetpol) quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi Azərbaycanın tərkibində mövcud olan Çəmbərək rayonunun ərazisində o vaxtlar cəmi iki erməni kəndi vardı: Çəmbərək və Qoturbulaq. Bu ermənilər də İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülmüşdür.

SSRİ dövründə isə erməniləri bu yerlərə köçürməklə daha üç erməni kəndi yaradıldı: Yeni Başkənd, Martuni və Orconokidze.


Tarix: 06.02.2015 / 18:53 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Qərbi Azərbaycan