beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ələddin Əliyev

Həyatı
1975-ci ildə Göyçə mahalının Basarkеçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1982-ci ildə doğma kənddə orta məktəbə getmişdir. 1988-ci ildə ailəsi ilə birlikdə doğma vətəndən ayrılaraq əvvəlcə Bərdə rayonunun Yеni Daşkənd kəndində sonra isə Bakı şəhərində məskunlaşmışdır.

1993-cü ildə “Həkəri” ordu idman klubunda xidmət etmişdir. O, xidmət zamanı pauerliftinq idman növü ilə məşğul olmuşdur.

1998-ci ildən Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti vəzifəsində çalışır. O, ikiqat dünya və Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası və hakimdir.

O, həmçinin 1998-ci ildə DİN Abşeron Rayon Polis Şöbəsində çalışmış, 1999-cu ildə Polis Akademiyasına daxil olmuş və akademiyanı 2004-cü ildə bitirmişdir. Bundan sonra o Çevik Polis Alayının baş inspektoru vəzifəsində də işləmişdir.

Ələddin Əliyev 5 sentyabr 2009-cu ildə Dünya Pauerliftinq Konqresinin prezidenti Mayk Sviney ilə görüşmüşdür.

2011-ci ilin noyabrında Latviyanın paytaxtı Riqada Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevi qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif etmişdir.

Uğurları
1995-ci il. ABŞ-da 3-cü yer.
1996-cı il. İtaliyada 1-ci yer tutaraq Avropa çempionu
1996-cı il. Cənubi Afrikada keçirilən Dünya çempionatında 3-cü yer
1997-ci il. Avstriyada keçirilən Avropa çempionatında 2-ci yer
1998-ci il. Böyük Britaniyada və ABŞ-da Avropa və Dünya çempionu
Filmoqrafiya
Bitməyən ömür (film, 2013)


Tarix: 06.02.2015 / 17:45 Müəllif: Feriska Baxılıb: 198 Bölmə: Qərbi Azərbaycan