beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Savalan Talıblı

Həyatı
Savalan Talıblı 24 fevral 1983-cü ildə Qərbi Azərbaycanın Cəlaloğlu rayonunun Molla Eyyublu kəndində müəllim ailəsində anadan olub. 1988-ci ildən ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilib və Bakı şəhərində məskunlaşıblar.

İlk təhsilini Bakı şəhərinin Sabunçu rayonundakı 96 saylı orta məktəbdə alıb, daha sonra təhsilini F.Tağıyev adına 72 saylı riyaziyyat təmayüllü liseydə davam etdirib və buranın məzunu olub. 2006-cı ildə Odlar Yurdu Universitetini bitirib. 2006-ci ildən (105 fm) Azərbaycan radiosunda çalışır. Radionun "Xalq yaradıcılıgı" redaksiyasında "İrəvan çuxuru", "Yurd yeri", "El havası", "Obalardan-babalardan" folklor toplusu verilişlərinin müəllifidir. Müəllifi oldugu verilişlərdə aşıq sənəti, xalq yaradıcılığı, folklor və etnoqrafiyayla bağlı çoxlu tədqiqatlar aparıb.

Mədəniyyət TV-də "Qopuz" musiqi alətləri adlı verilişini hazırlayıb. "525-ci qəzet", "Kaspi", "Paritet", "Palitra", "Express" kimi qəzetlərdə müxtəlif mövzularda məqalələri dərc edilib.

2009-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2014-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Ailəsi
Subaydır. Savalan Talıblı şair, publisist Tahir Talıblının oğludur.


Tarix: 05.02.2015 / 19:16 Müəllif: Feriska Baxılıb: 82 Bölmə: Qərbi Azərbaycan