Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elmira Xudaverdiyeva

Xudaverdiyeva Elmira İsgəndər qızı — pedaqoq (1971-1999).

Həyatı
Elmira Xudaverdiyeva 1949-cu ildə Ermənistan SSR-nin Vedi rayonunda ziyalı ailəsində anadan olmuşdur.

Atası İsgəndər Bayram oğlu Xudaverdiyev Vedi mahalının sayılan-seçilən şəxslərindən olmuşdur. Anası Şahzadə Həsən qızı Rzayeva uzun müddət müəllim işləmişdir. 7 övladı olan Xudaverdiyevlər ailəsi 1951-ci ildə Stalinin köçürülmə (deportasiya) siyasəti nəticəsində məcburi olaraq ailəliklə Azərbaycana köçürülmüşlər.

Elmira Xudaverdiyeva 1955-ci ildə Bərdə şəhərində 1 saylı orta məktəbin birinci sinfinə getmiş və 1966-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1966-cı ildə ADU-nin fizika fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin fakültədən məzun olmuşdur.

1971-1974-cü illərdə təyinatla Xaçmazda, təyinat müddəti qurtardıqdan sonra isə Bakı şəhəri Sabunçu rayonundakı 155 saylı orta məktəbdə müəllim işləmişdir. Ailə vəziyyəti ilə əlaqədar olaraq Sumqayıt şəhərinə köçmüşdür.

1978-1999-cu illərdə 26 saylı orta məktəbdə müəllim işləmişdir. 1999-cu ildən təqaüdçüdür.

Ailəsi
Ailəlidir, bir qızı və bir nəvəsi var. Həyat yoldaşı Zakir İsmayıl oğlu Xudaverdiyev təqaüdçüdür.

Qızı Şəbnəm Zakir qızı Xudaverdiyeva ali təhsillidir. Xırdalan şəhər 1 saylı orta məktəbində ibtidai sinif müəllimi işləyir. Nəvəsi Rzayeva Leylanın 4 yaşı var.


Tarix: 06.02.2015 / 16:11 Müəllif: Feriska Baxılıb: 144 Bölmə: Qərbi Azərbaycan
loading...