Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aşıq Nəcəf Ağkilsəli

Həyatı
Aşıq Nəcəf 1900-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur.Aşıq Nəcəf məşhur Aşıq Ələsgərin qardaşı Xəlilin oğludur.Nəcəf 7-8 yaşına çatanda atası onu kəndlərində olan mollaxanaya qoyur. Burada yazı-pozu öyrənən Nəcəf saza böyük maraq göstərirdi. O,əmisinin evində keçirilən saz-söz məclislərinin daimi iştirakçısı olur. nəcəf 17 yaşına çatanda , atası vəfat eləyir,ailənin bütün qayğıları onun üzərinə düşür.Erməni-müsəlman münaqişəsi ilə əlaqədar ailəsi ilə kəlbəcərə köçür.

1921-ci ilə qədər orada yaşayır, sonra doğma yurduna qayıdır.Bir müddət sonra aşıqlıq etmək həvəsinə düşür.Xüsusi bir ustad aşığa qulluq etməsədə,Nəcəf bu sənətə yiyələndi və xalq arasında bir aşıq kimi tanındı.

1925-ci ildən aşıqlığa başlayan Nəcəf Göyçədə, Gəncəətrafı rayonlarda , Qarabağda və Azərbaycanın digər ərazilərində sazı-sözü ilə şənlik məclislərini zənginləşdirirdi.

1941-1945-ci il müharibəsi başlayanda Nəcəf də ordu sıralarına aparılır.Bir qədər keçəndən sonra xəstələnir və 1942-ci ildə evə buraxılır.Əhvalı yaxşılaşandan sonra kəndlərində kolxoz sədiri seçilir.

1945-ci ilə qədər bu vəzifədə işləyir.Müharibə qurtarandan sonra Nəcəf sazını götürüb ömrünün sonuna qədər xalqa ləyaqətlə xidmət edir.

Aşıq Nəcəf 1968-ci ildə 68 yaşında dünyadan köçüb.O Ağkilsə kəndinin cənub-şərqindəki qəbristanlıqda torpağa tapşırılıb

Əsərləri
"Göyçəli Aşıq Nəcəf", Bakı, "Səda" nəşriyyatı 2000, 202 səhifə, tirajı 500


Tarix: 05.02.2015 / 16:54 Müəllif: Feriska Baxılıb: 43 Bölmə: Qərbi Azərbaycan
loading...