Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəşəm Aslanov

Qəşəm Novruz oğlu Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndində anadan olub.

1949-cu ildə yeddiillik məktəbi bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində mmüəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.

1966-1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970-1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972-1975-ci illərdə Şuşada birinci katib, 1975-1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.

Kitabları
Qəşəm Aslanov. Saymazovun salamı (Miniatür və hekayələr), redaktoru İsmayıl İsmayılov // “Hayastan”, Yerevan, 1968, 104 səh. 7000 nüsxə.
Qəşəm Aslanov. Məğlub ölüm (povest, hekayə, miniatür və məqalələr) // Tərtib edəni Qeyrət Qəşəmoğlu, redaktoru və öz sözün müəllifi Almaz Ülvi // Bakı, “Azərbaycan” nəşriyyatı, 1997, 168 səh. 1000 nüsxə.
Qəşəm ASLAN. Seçilmiş əsərləri (povest, hekayə, miniatür və məqalələr). Redaktoru və ön söz filologiya elmləri doktoru Almaz Ülvinindir // Bakı, “Nurlan”, 2013. 252 səh.


Tarix: 05.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 156 Bölmə: Qərbi Azərbaycan
loading...