beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tacir Səmimi

Həyatı
Qurbanov Tacir Şaban oğlu 20 yanvar 1956-cı ildə Qərbi Azərbaycanın Ağbaba bölgəsinin Amasiya rayonunun Təzə İbiş kəndində anadan olub.

1981-ci ilin avqustunda təyinatını Amasiya rayonunun Qonçalı kənd səkkizillik məktəbinə veriblər. Bu məktəbdə müəllimliyə başlamışdır. 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

"Ağbaba aşıq mühiti" mövzusunda namizədlik dissertasiyası yazmış və 25 may 2011-ci ildə dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

İndiyə qədər 40-dan artıq kitabı, o cümlədən "Duman dağı bürüdü", "Tükənməz sözün, Ağbaba", "Tırınqılar", "Ağbaba ziyarətgahları" və başqa kitabları işıq üzü görüb. Tacir Səmimi 50-dən artıq kitabın elmi redaktoru olmuş, onlarla kitaba "Ön söz" yazmışdır.

Araşdırmaçı, folklor toplayıcısı və tərtibçisi Tacir Səmimi həm də tarix, etnoqrafiya məsələləri ilə məşğul olur. Onun Ağbaba folkloru ilə bağlı toplayıb nəşr etdirdiyi silsilə kitablarda daim itirilmiş yurd yerlərimizmin nisgili, həsrəti görünür, duyulur.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Vedibasar", "Elimiz. Günümüz" qəzetlərinin хüsusi müхbiridir.

1988-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 253 saylı orta məktəbdə tarix müəllimi işləmişdir.

2000-ci ildən AMEA Folklor İnstitutunun elmi işçisi, 2012-ci ildən isə böyük elmi işçisidir.


Tarix: 05.02.2015 / 15:52 Müəllif: Feriska Baxılıb: 94 Bölmə: Qərbi Azərbaycan