beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kərkibaş

Tarixi
İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı.

ХIХ əsrin əvvəllərində yаşаmış Kərkibаş tаyfаsının məskunlаşmаsı nəticəsində yаrаnmışdır.

Kənd rаyоn mərkəzi Bаsаrkеçər(Vardenis)dən 13 km məsаfədə yеrləşir.

25 mаy 1967-ci ildə kəndin adı Şəfəq, 19 аprеl 1991-ci ildə kəndin adı Vanevan qoyulmuşdur.

Mədəniyyəti
Kərkibaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənubda, Göyçə gölünün yaxınlığında yerləşir.

Kənddə 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 nəfər, 1914 - cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1918-1919 - cu illərdə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşdur (309, s.249). 1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kəndin sakinlərindən sağ qalanları öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 224 nəfər azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır. Toponim qazax tayfasına məxsus kərkibaşlı etnonimi əsasında (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 25.V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Şəfəq, Ermənistan prezidentinin 19.IV.1991-ci il tarixli formanı ilə yenidən dəyişdirilib Vanevan qoyulmuşdur.

Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:34 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Qərbi Azərbaycan