beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aselişad monastırı

Aselişad Monastırı – Vedibasar mahalının aran hissəsində, Araz çayı sahilində, qədim Artaşad şəhərinin xarabalıqları yerində, qaya üstündə yerləşən qədim türk qala – monastırı.

Məbədin tarixiylə bağlı maraqlı bir əhvalat məlumdur. Belə ki, Maarifçi Qriqori Ərməniyyədə xristianlığı yaymaq istəyərkən ərmən çarı II Trdat (286 – 343) tərəfindən Ərməniyyədən uzağa sürgün olunmuş, və bu monastırın ərazisində on üç il quyuda saxlanmışdır.

Sasani hökmdarı II Şapurun (309 – 379) hakimiyyəti dövründə Artaşad şəhəri tamamilə yerlə - yeksan edilmişdir. Müqəddəs Qriqorinin quyuya salındığı həmin yerdə VI yüzildə məbəd inşa edilmiş və bu yer ətraf camaatın ziyarətgahına çevrilmişdir.

Sonrakı yüzillərdə, zamanla məbədə yeni tikililər əlavə edilmişdir. Məbədin yerləşdiyi Artaşad şəhəri e.ə. II yüzilin ortalarında Ərmən türk hökmdarı Artaş (Ərtaş) tərəfindən salınmış və tarixən burada türk boyları yaşamışlar. Məbədin ilkin – Aselişad (As – eli – şad) adı da onun türk boylarına mənsub olmasını sübut edir. Sonrakı dövrdə isə məbəd ermənilər tərəfindən Xorvirab adlandırılmışdır.

Məbədin yerləşdiyi əraziyə ilk ermənilər 1 ailədə 6 nəfər olmaqla 1828 – 1829 – cu illərdə İrandan köçürülüb gətirilmişdir. Çar Rusiyasının hakimiyyəti dövründə isə ərazidə ermənilərin məskunlaşdırılması davam etmişdir.


Tarix: 05.02.2015 / 13:22 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Qərbi Azərbaycan