beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elşad Qurbanov

Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhəri 8 nömrəli tibb məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.

1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib, botanika ixtisası almışdır. 1979-1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil almış və 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. Həmin ildən BDU-nun professorudur.


205-a qədər elmi əsərin (o cümlədən 80-ni xaricdə), 10 kitabın, çoxlu sayda tədris proqramlarının müəllifi və 5 kitabın elmi redaktorudur. Dəfələrlə Beynəlxalq simpozium və konfranslarda (Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Türkiyə Cümhuriyyətinin bir çox universitetlərində, Gürcüstanda, İran İslam Respublikasında) çıxış etmişdir.

Onlarla doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olmuşdur. Onun rəhbərliyi ilə 20-dən çox magistr və səkkiz aspirant müdafiə edərək elmi dərəcə almışdır.

O, 1982-ci ildən BDU-nun botanika kafedrasının müəllimi, baş müəllimi olmuş, 1992-ci ildən isə kafedra müdiri vəzifəsində çalışır.

2000-2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur.


Tarix: 06.02.2015 / 17:00 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Qərbi Azərbaycan