Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanQambay Vəzirov

Vəzirov Qambay Məmməd oğlu (19 avqust 1899, Naxçıvan, İrəvan quberniyası — 13 oktyabr 1937) — hərbi xadim, diviziya komandiri, general-mayor. Repressiya olunmuşdur.

Həyatı[redaktə]
İlk (yeddiillik) təhsilini İrəvan gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov Ardı »

Qərbi AzərbaycanSərraf Şiruyə

Hacıyev Şiruyə Həsən oğlu 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində şair Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeirə böyük maraq göstərmişdir.

1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir.

1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir.

1993-1997-ci illərdə dini mədrəsəni bitirmişdir.

Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə Ardı »

Qərbi AzərbaycanToxluca - Coğrafiyası

Krasnoselo rayonunda rayon mərkəzindən 10 km məsafədə yerləşən və ən böyük yaşayış mətəqəsi olan Toxluca qəsəbəsinin ümumi sahəsi 55,6 kvadrat kilometr olub. Toxluca qəsəbəsinin ərazisinin çox hissəsini dağətəyi yamaclar, təbii-tarixi, eləcə də vulkanik və tektonik mənşəli dağlar təşkil edir. Toxluca qəsəbəsi Kiçik Qafqazın mühüm geomorfoloji vahidlərindən biri olan Kiçik Qafqaz sıra dağlarının Göyçə silsiləsində, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşir. Gilli süxurları kəsən, nisbətən geniş çay dərələri geniş yayılmışdır. Toxluca Göyçə mahalının Qaraqoyunlu ilə ən yaxın kəndi(qəsəbəsi) olduğundan, yəni Göyçənin ucqarı olduğundan özündə hər iki elatın adət-ənənələrini birləşdirən, amma özünəqapanma və özünə güvənmə hisslərindən qaynaqlanan müstəqilliyə meylli həyat-tərzi üstünlük təşkil etmiş, Ardı »

Qərbi AzərbaycanMəlahət Həsənova

Həyatı[redaktə]
Həsənova Məlahət İbrahim qızı 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür.

1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. YAP Nəsimi rayon təşkilatının sədridir.

İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 99 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmişdir. Ardı »

Qərbi AzərbaycanQüdsi Osmanov

Həyatı[redaktə]
Qüdsi Osmanov 16 fevral 1966-cı ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub.

Sankt-Peterburq Su Kommunikasiyaları Universitetini (İqtisadiyyat), Sankt-Peterburq Dövlət Universitetinin Hüquqşunaslıq və Beynəlxalq Münasibətlər fakültələrini bitirmişdir. Siyasi elmlər namizədidir.

1984-1987 — keçmiş SSRİ hərbi qüvvələr sırasında xidmət etmişdir.

1997-2004 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Fəxri konsulu vəzifəsində çalışmışdır.

2005-2013 — Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu vəzifəsində çalışmışdır.

18 aprel 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsindən geri çağırılmış və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfir müavini vəzifəsinə təyin olunmuşdur .

Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ranqına malikdir.

Ailə vəziyyəti - evli, üç övladı var.

Fəaliyyət sahəsi[redaktə]
Azərbaycan ilə Rusiya arasında iqtisadiyyat, Ardı »

Qərbi AzərbaycanŞahlar Hüseynov

Həyatı[redaktə]
26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.

Döyüşlərdə iştirakı[redaktə]
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.

Ailəsi[redaktə]
Subay idi.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra Ardı »

Qərbi AzərbaycanXəzər Aslanov

Həyatı[redaktə]
6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır.

1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1990-1992-ci illərdə “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə “Fədai” kooperativinin sədri, 1992-1994-cü illərdə “Aslan R.Q” k/m-da kommersiya direktoru, 1994-cü ildə “ER-COMPANY LTD”-də mütəxəssis, 1994-2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002-2003-cü illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003-2005-ci illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005-2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin Ardı »

Qərbi AzərbaycanYuxarı Gödəkli

Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd.

Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930-1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi.
Etimologiyası[redaktə]
Toponim türk mənşəli qazaxlar tayfasından olan «gödəkli» etnonimindən (386, s.535) əmələ gəlmişdir. Etnotoponimdir. «Yuxarı» fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə «Verin Gyodaklu» (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.

Kəndin indiki adı Vardavanqdır.

Əhalisi[redaktə]
Kənddə 1897-ci ildə 201 nəfər, 1914-cü ildə 79 nəfər, 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 118 nəfər, 1931-ci ildə 163 nəfər, 1939-cu ildə 221 nəfər, 1959-cu Ardı »