Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Camal Həmzəyev

Həyatı
Camal Həmzəyev 1902-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalı Basarkeçər(Vardenis) rayonunun Aşağı Şorca kəndində anadan olmuşdur.Yaşadığı dövr ərzində elin,vətənin təəssübkeşi olmuşdur,dəfələrlə orada yaşayan azərbaycanlıların problemlərini rayon səviyyəsində qaldıraraq həllinə nail olmuşdur.Hələ gənclik illərindən Yuxarı Şorca, Subatan, Qoşabulaq kəndlərində orta məktəb direktoru,Daşkənd kəndinin sovet sədri işləmişdir. Böyük Vətən Müharibəsində iştirak edərək orden və medallarla təltif olunmuşdur.Müharibədən sonrakı dövrlərdə fasilələrlə Aşağı Şorca kəndində klub müdiri və digər vəzifələrdə işləmişdir. Daim azərbaycanlıların haqq səsini yüksəklərə qaldırmış,ermənilərin azərbaycanlıları sıxışdırıb təzyiqlərə məruz qoyduğu dövrdə ermənilərin əleyhinə çıxıb onların əsassız iddialarına son qoymuşdur.

Həmzəyev Camal 1980-ci il yanvarın 7-də vəfat etmiş və doğulduğu doğma kəndində dəfn olunmuşdur.


Tarix: 05.02.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Qərbi Azərbaycan
loading...