Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Bayramov

Həyatı
1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında aspiranturanı bitirmişdir.

2000-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında assistent, 2007-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında dosent kimi fəaliyyət göstərmiş, 2007-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının torakoabdominal şöbəsinin rəhbəri və 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında professor vəzifəsində çalışır.

1996 -1997-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsinin Hepatopankreatobiliar Cərrahiyyə Mərkəzində ixtisaslaşma, 2003-cü ildə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin Torakoabdominal şöbəsində ixtisaslaşma, 2013-cü idə İtaliyanın Roma şəhərində Università Cattolica del Sacro Cuore nəzdindəki A.Gemelli Hospitalında Avropa Cərrahi Onkologiya Cəmiyyətinin (ESSO) mütəxəssislər üçün təşkil etdiyi "Üst Gastrointestinal Cərrahi Onkologiyada Minimal İnvaziv Cərrahiyyəyə" dair dərinləşdirilmiş ixtisaslaşma kursu, 2014-cü ildə Koreyanın Seul şəhərində Yonsei Universitetinin Yonsei Onkoloji Mərkəzində mədə xərçənginə görə laparoskopik və robotik cərrahiyyəyə dair tam ixtisaslaşma kursu, 2014-cü ildə Almaniyanın Köln Universitetində Visseral və Onkoloji Cərrahiyyə Mərkəzində qida borusu və kardioezofageal xərçəngin laparoskopik cərrahi müalicəsinə dair ixtisaslaşma keçmişdir.


Tarix: 05.02.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 127 Bölmə: Qərbi Azərbaycan
loading...