Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəzənfər Həsənov

Qəzənfər Həsənov (d.12.11.1948, Sisiyan – 30.04.1984,) – fizika-riyaziyyat elmləri namizədi

Həyatı
Həsənov Qəzənfər İman oglu 12 noyabr 1948-ci ildə atasının ölümündən 5 ay sonra Ermənistan SSR-nin Sisiyan rayonunun Ərəfsə kəndində dünyaya gəlmişdir. 6 yasında fələk yenə onu imtahana çəkdi. Belə ki, sağ əlinin üç orta barmağı malatilkanın qayısına ilişib qaldı. Məktəbdə məcburən solaxay yazmağa başladı. 9-cu sinifdən sonra o, Bakı 1№-li Riyaziyyat təmayüllü internat məktəbində oxumuşdur.

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsinə qəbu olmuşdur. 1971-ci ildə Universiteti bitirib Moskva Dövlət Akademiyasının Aspiranturasına qəbul olub.

1978-ci ildə elektro hesablayıcı proqramlaşdırması üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik adı almışdır. Moskva elmi-tədqiqat institutunda bas elmi isçi və şöbə müdiri kimi vəzifələrdə çalışmışdır.

1984-cü ildə Doktorluq müdafiəsinin 32 bölümünün 16-sı elmi referentdən keçmis 16-sı isə keçməmiş halda zalım fələk 36 yaşında onu bizdən və elmdən ayırdı.

Qəzənfər Həsənov 1984-cü il aprelin 29-dan 30-na keçən gecə vəfat etmişdir.


Tarix: 06.02.2015 / 17:15 Müəllif: Feriska Baxılıb: 74 Bölmə: Qərbi Azərbaycan
loading...