Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sabir Əliyev (həkim)

Əliyev Sabir Cahan oğlu — Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru, tibb elmləri doktoru, professor.

Həyatı
1944-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. Həmin rayonun Gölkənd kənd orta məktəbi ni qızıl medalla bitirdikdən sonra, 1961-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1967-ci ildə həmin fakültəni bitirib.

1967-69-cu illərdə təyinatla Naftalan sanatoriyasında əvvəl həkim-ordinator, sonra şöbə müdiri vəzifəsində işləyib.

1969-cu ilin dekabr ayında ATİ-də patoloji fiziologiya ixtisası üzrə aspiranturaya daxil olub. 1973-cü ildə namizədlik dissertasiyası müdafiə edib. 1972-ci ildə patoloji fiziologiya kafedrasında assistent, 1973-cü ildə baş müəllim, 1977-ci ildə isə dosent vəzifəsinə seçilib.1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib və 1993-cü ildə professor vəzifəsinə seçilib.

S.C.Əliyevə 1994-cü ildə Ali Attestasiya Komissiyası tərəfindən patofiziologiya ixtisası üzrə professor diplomu verilmişdir.

1999-cu ilin oktyabr ayında Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinin dekanı seçilir. 2001-ci ilin may ayında isə ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

230-dan çox elmi əsərin, 2 dərslik, 4 dərs vəsaitinin, 4 elmi populyar broşuranın, 1 lüğət kitabçasının, bir necə tədris metodik vəsaitin müəllifidir.

1986-cı ildə "Səhiyyə əlaçısı", 2000 -ci ildə isə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Azərbaycan Respublikası Təhsil Nazirliyində elmi əsərlərin və dərsliklərin çap olunması üzrə "Tibbi-nəzəri" bölmənin sədri, ATU-nun Böyük Elmi Şurasının sədr müavini, MMK-nın sədri, "Anatomiya, patofiziologiya, farmakologiya və fiziologiya" ixtisasları üzrə müdafiə şurasının sədridir.

YAP-ın ATU ərazi təşkilatının sədridir.


Tarix: 06.02.2015 / 16:09 Müəllif: Feriska Baxılıb: 81 Bölmə: Qərbi Azərbaycan
loading...