Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaradağlı (Qəmərli)

Qaradağlı — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.

Tarixi
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə tarixən azərbaycanlılar yaşamışdır, ermənilər kəndə 1828-1830 - cu illərdə İrandan köçürülmüşdür.

Toponim böyük türk tayfası qızılbaşlardan olan qaradağlı tayfasının adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxkaşen, 20.X.1967-ci 11 fərmanı ilə yenədə dəyişdirilərək Mrqavet qoyulmuşdur. (1935-ci ildən DZAXKAŞEN, 1967-ci ildən MRKAVAN) Ermənistan SSR Artaşat (Qəmərli) rayonunda, rayon mərkəzindən 10 km şimal-qərbda, Yerevan-Artaşat yolu üstündə azərbaycanlılar yaşamış kənd.

Əhalisi
Kənddə 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin axırlarında azərbaycanlılar soyqırıma məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-1953-cü illərdə azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayır.


Tarix: 06.02.2015 / 18:48 Müəllif: Feriska Baxılıb: 56 Bölmə: Qərbi Azərbaycan
loading...