beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pəmbək

Tarixi
Irəvаn qubеrniyаsının Аlеksаndrоpоl qəzаsındа kənd аdı.

Digər аdı «Quşçu dərəsi» оlmuşdur.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 35 km məsаfədə yеrləşir.

Mədəniyyəti
Quşçu dərəsi - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu (143, s.62), Qafqazın 5 verstlik xəritəsində Quşi dərəsi (348, s.152) formasında qeyd edilmişdir. Erməni mənbələrində, eləcə də XX əsrin rəsmi sənədlərində kəndin adı Pəmbək göstərilir (415, s.28, 419, s.87). Kəndin bir adı da Pəmbəkli olmuşdur (415, s.28). Kəndin tarixi qədimdir. Buradakı albanlara məxsus dini məbədin (kilsənin) və oğuzların qəbiristanlıqlarının xarabalığı müasir dövrümüzə kimi gəlib çatmışdır.

Kənddə 1873 - cü ildə 166 nəfər, 1886-cı ildə 237 nəfər, 1897-ci ildə 283 nəfər, 1908-ci ildə 352 nəfər, 1914 - cü ildə 392 nəfər, 1916-cı ildə 331 nəfər, 1919 - cu ildə 398 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.26-27, 112-113). 1919 - cu ilin yazında kənd ermənilərin təcavüzünə məruz qalaraq sakinləri -azərbaycanlılar qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etməyə məcbur olmuş azərbaycanlılar tarix torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 390 nəfər, 1926-cı ildə 349 nəfər, 1931-ci ildə 512 nəfər (415, s.27, 113), 1987-ci ildə 2000 nəfər (85, s.292-293) azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında, dekabr ayının əvəllərində kəndin əhalisi Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya edilmiş və kəndə ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

Toponim quşçu türk etnonimi ilə (245, s.38-39; 292, s.91-95; 182, s.313) «iki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur» mənasında işlənən dərə sözünün (10, s.74) birləşməsindən əmələ gəlmişdir. «Dərədə quşçu tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Əhalisi
1988-ci ilə qədər azərbaycanlılar

1988-ci ilin sоyqırımındа kənddən həlаk оlаnlаr.

İsаyеvа Sеvinc Şаhin qızı (1987)

İqtisadiyyatı
Əkinçilik və heyvandalıq


Tarix: 06.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 95 Bölmə: Qərbi Azərbaycan