Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahin Mustafayev

Şahin Abdulla oğlu Mustafayev — Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri.

Həyatı
1965-ci ildə Ermənistanın Barana (Noyemberyan) rayonunda anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib.

1991-1992-ci illərdə "Spektr" kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub.

1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqdisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub.

2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib.

2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib.

2008-ci il oktyabrın 31-dən 2013-cü ilə kim İqtisadi İnkişaf naziri olmuşdur. 2013-cü ilin oktyabrından İqtisadiyyat və Sənaye Naziridir. Həmçinin, Stolüstü Tennis İdman Federasiyasının Prezidentidir.

Ailəlidir, 3 övladı var.


Tarix: 05.02.2015 / 19:20 Müəllif: Feriska Baxılıb: 92 Bölmə: Qərbi Azərbaycan
loading...