Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şahin Məmmədov (şəhid)

Məmmədov Şahin Səməd oğlu - Azərbaycan şəhidi.

Həyatı
18 avqust 1965-ci ildə Göyçə mahalının Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə Erməni millətçilərinin təzyiqi nəticəsində Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur.

1994-cü ilin yanvar ayında Milli Orduya getmişdir. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.


Tarix: 06.02.2015 / 17:39 Müəllif: Feriska Baxılıb: 27 Bölmə: Qərbi Azərbaycan
loading...