beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İldırım Qasımlı

İldırım Əvəzoğlu (tam adı:Qasımlı İldırım Əvəz oğlu) —pedaqoq,teatrşünas və jurnalist, YAP Sumqayıt təşkilatının təsisçilərindən biri, həmin təşkilatın sədr müavini və "Məslək" qəzetinin baş redaktoru.
Həyatı
İldırım Əvəz oğlu Qasımlı 1 mart 1940-cı ildə Zəngəzur mahalının Ağudi kəndində anadan olmuşdur.

İ.Qasımlı orta təhsilini başa vurduqdan sonra 1958-ci ildə APİ-nin tarix-filologiya fakültəsinə daxil olmuşdur.

İ.Qasımlı 1967-1969-cu illərdə "Sumqayıt" qəzetində ədəbi işçi və məsul katib vəzifələrində çalışmışdır.

O, görkəmli ədəbiyyatşünas, filologiya elmləri doktoru Yəhya Seyidovun rəhbərliyi ilə "Əli Vəliyevin romanları" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsi adı alır. 1978-ci ildə "Əli Vəliyev" adlı monoqrafiyasını nəşr etdirir.

Ailəsi
İldırım Qasımlı atasını erkən itirdiyindən qardaşı və iki bacısı ilə birlikdə anasının himayəsində böyümüşdür. Onun anası məşhur xalça ustası Əsilxan Hümbətyar qızı öz nadir sənəti ilə Zəngəzur, Naxçıvan, Qarabağ və digər yerlərdə xalça sənətinin ən yaxşı bilicilərindən biri sayılırdı.

İldırım Qasımlı anası haqqında deyir:

"Dünyanın ən böyük zəhmətkeşi hesab etdiyim anam gündüzlər kolxozun biçin, xırman kimi işlərində çalışar, gecələr al-əlvan xalçalar toxuyub satar, bizi dolandırardı".
Raya Qasımova (Məhərrəmova) ilə ailə həyatı qurmuşdur. Raya Həsən qızı Məhərrəmova 1945-ci il avqustun 20-də Zəngəzur mahalının Ağdü kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə APİ-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1968-ci ildən Sumqayıt şəhər 16 № li tam orta məktəbdə riyaziyyat fənnini tədris edir. Bu ailədə 2 qız, 2 oğlan dünyaya gəlmişdir. Sevinc Qasımova BDU-nun kimya, Zərifə Səfərova (Qasımova) mexanika-riyaziyyat, Ucal İldırım şərqşünaslıq, İşıqlı Qasımov isə tarix-sosiologiya fakültələrini bitirmişlər. Hal-hazırda Sevinc 11 № li orta məktəbdə kimya müəllimi, Zərifə 1 № li orta məktəbdə dərs hissə müdiri, Ucal Məslək qəzetinin baş redaktoru işləyir, İşıqlı özəl sektorda çalışır.


Tarix: 06.02.2015 / 17:21 Müəllif: Feriska Baxılıb: 103 Bölmə: Qərbi Azərbaycan