beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aslan Bayramov

Aslan Əhmədxan oğlu Bayramov — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı
Aslan Bayramov 1947-ci ildə Ağbaba mahalının Təpəkənd kəndində anadan olmuşdur. 1978-ci ildə BDU-nun filologiya fakultəsini bitirmişdir.

Sumqayıt Dövlet Universitetinin filologiya fakultəsinin dekanıdır. Azərbaycan dili, toponimiya və folkloruna aid 150-dən cox elmi məqalənin müəllifidir.

Elmi məqalələri İran, Türkiyə və Rusiyada cap olunmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Kitabları
"Qədim Oguz ellərinin - Agbaba, Şörəyel, Pəmbək bolgələrinin yer-yurd adları", Sumqayit, 1996
"Oguz elindən, Ozan dilindən" Bakı, 2002,
"Kitabi Dədə Qorqud və Qafqaz" BAkı 2003,
"Kitabi- Dədə Qorqud Ensiklopediyasının /Bakı 2002, 1-ci və 2-ci cildlər/ (həmmüəllif)
"Agbaba şivəsi sözlüyü"Sumqayit-2014


Tarix: 05.02.2015 / 14:15 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Qərbi Azərbaycan