Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natiq Əliyev (general-mayor)

Həyatı
Natiq Əliyev 24 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Kooperasiya Universitetinin məzunudur. Karate-do idman növü üzrə 3-cü dan idman dərəcəsinə malikdir.

Azərbaycan Respublikasında Dopinq nəzarətinin təşkilinin öyrənilməsi' elmi əsərinin müəllifidir. Əczaçılıq elmləri namizədidir. Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin və AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür, Gənclər və İdman Nazirliyi Antidopinq Komitəsinin sədridir. Beynəlxalq Hərbi İdman Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1999-2012-ci illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışmışdır.

Hal-hazırda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tibb xidmətinin rəisidir. Azərbaycan Respublikası Prezidentinin 25.06.2013-cü il tarixli Sərəncamı ilə Tibb-Xidməti General-mayor hərbi rütbəsi verilmişdir.

Ailəsi
Ailəlidir, Türkər adlı bir qızı Namiq adlı bir oğlu var.

Mükafatları və fəxri adı
2003-cü ildə "Hərbi xidmətlərə görə" medalı.
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı.
"Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı.
Beynəlxalq Hərbi İdman Şurasının Ali zabit ordeni.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.


Tarix: 06.02.2015 / 16:07 Müəllif: Feriska Baxılıb: 62 Bölmə: Qərbi Azərbaycan
loading...