beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mağaracıq

Tarixi
Ağbaba mahalının tərkib hissəsi kimi, indiki Amasiya(Hamasa) rayonu da vaxtilə Şərqi Anadoluya aid olub. Bu torpaqlar Qars(Kars) vilayətinin tərkib hissəsi kimi, 1877-1878-ci illərdə Rusiya tərəfindən işğal edilərək Tiflis quberniyasının Qars qəzasının Ağbaba nahiyəsi şəklində Rusiyanın tərkibinə qatılıb. Sovet dövründə 1930-cu ilə kimi Gümrü qəzasının Ağbaba nahiyəsi adlanmış. Daha sonralar isə Amasiya rayonu adlandırılmışdır. Yaşlı nəsillər Amasiya ya Hamasa deyərdilər.

Mağaracıq rayon mərkəzindən 9 km məsafədə yerləşirdi. Mağaracıqda 1988-ci ilə qədər 250-yə yaxın azərbaycanlı ailəsi yaşayırdı. Mağaracıqda yaşayan soylar bunlardır: Molla Məmmədlilər, Molla Hasanlılar, Hacı Salmanlılar, Kərbalayi Söyünlülər və başqaları.


Tarix: 06.02.2015 / 18:37 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Qərbi Azərbaycan