beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həçəti

Həçəti (erm. Ոչեթի; Voçeti) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd.

Kənd Qafan şəhərindən 38 km şimal-qərbdə, Gərd və Qazangölçayın sağ sahilində, dəniz səviyyəsindən 2200 m yüksəklikdə, kollu-meşəli dağ döşündə yerləşir. Hal-hazırda kənd dağıdılıb və heç kim yaşamır.
Adı
Kəndin adı «İrəvan əyalətinin icmal dəftəri»ndə «Hacatı», Qafqazın 5 verstlik xəritəsində «Haçaatı» («Гачааты»), Azərbaycan mənbələrində «Həçəti», erməni mənbələrində «Hacatin formasında qeyd edilmişdir.

Toponim Azərbaycan dilində «bucaq şəklində ayrılan», «haça» mənasında işlənən haca (
Tarixi
Kənd XX əsrdə 4 dəfə dağıdılmış sonra yenidən bərpa olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman davası zamanı Zəngəzurun bir çox azərbaycanlı kəndləri kimi Həçəti kəndinə də xeyli ziyan dəymişdir.

1918-ci ildə daşnak silahlıları Həçəti kəndini dağıtmış, kənd əhalisi Zəngəzur dağlarını aşaraq Naxçıvana pənah aparmışlar. 1919-cu ildən kəndə qayıdan Həçəti camaatı həmin ilin payızında erməni hərbi qüvvələrinin kəndə yenidən basqını nəticəsində təkrarən öz yurd-yuvalarından didərgin dümüş, bu dəfə Zəngilan rayonuna sığınmışlar. Sovet hökuməti qurulduqdan sonra, Həçəti camaatının yalnız kiçik bir hissəsi yenidən geriyə qayıdaraq, kəndlərini bərpa etmişlər.

Ermənilər Sovet hökuməti illərində də, Həçəti camaatını rahat qoymamış, 1939-cu ildə əhalini Gığıya köçürmüş, kəndi isə söküb-dağıtmışlar. Həçətililər 1946-cı ildə yenidən öz kəndlərini bərpa etmiş və 1988-ci ilə qədər doğma torpaqlarında yaşamışlar. 1988-ci ilin payızında bölgənin digər azərbaycanlı kəndləri kimi Həçəti kəndi də, ermənilər tərəfindən boşaldılmış, kənd camaatı isə Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna pənah aparmışlar.

Kolxoz dövrü
Həçəti kəndində kolxoz 1931-ci ildə qurulmuşdur. 30 ildən çox fəaliyyət göstərən Həçəti kolxozu 1965-ci ildə bölgənin digər azərbaycanlı kəndlərinin təsərrüfatları kimi, Gığı sovxozunun tərkibinə daxil edilmişdir.

Kənddə X əsrə aid alban kilsəsinin qalıqları var.

Əhalisi
Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 41 nəfər, 1926-cı ildə 51 nəfər, 1931-ci ildə 71 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə isə kənddə 30 ev, 160 nəfər əhali var idi. Hal-hazırda isə kənddə yaşayış yoxdur.
Kəndin toponimləri
Vana bulağı
Sarı çeşmə
Vana yurdu
Mədət yurdu
Arpalıq dərəsi
Çiçəkli dərə
Söyüdlük
Görkəmli şəxsləri
Məmmədov İbrahim Behbud oğlu ("20 Yanvar Şəhidi" fəxri adı)


Tarix: 06.02.2015 / 18:32 Müəllif: Feriska Baxılıb: 105 Bölmə: Qərbi Azərbaycan