beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Yediyarov

Həyatı
Yediyarov Ramiz Qəni oğlu 1966-cı il mayın 31-də Ermənistan SSR-nin Vedi rayonunda anadan olmuşdur. 1973-cü ildə Şəki şəhəri, Şəki kənd orta məktəbinin 1-ci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirmişdir.

1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub, təhsilini davam etdirmək üçün Ukrayna SSR Poltava Kooperativ İnstitutuna göndərilmişdir.1984-1986-cı illərdə Kuybuşev şəhərində hərbi xidmətdə olub. 1990-cı ildə Poltava Kooperativ İnstitutunu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

26.09.1990-cı il tarixdən 30.12.1994-cü il tarixədək Şəki şəhəri 77 nömrəli Təsərrüfatlararası Mexanikləşdirilmiş Səyyar Dəstə üzrə iqtisadçı, 04.01.1995-ci il tarixdən 05.11.1997-ci il tarixədək Şəki rayonu. C.Cabbarlı adına kolxozda mühasib işləmişdir.

11.11.1997-ci il tarixdən etibarən dövlət vergi orqanlarında xidmət etmişdir. 11.11.1997-ci il tarixdən 15.03.2000-ci il tarixədək Şəki şəhəri üzrə Dövlət Vergi Müfəttişliyinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi şöbəsinin dövlət vergi müfəttişi, 15.03.2000-ci il tarixdən 05.02.2001-ci il tarixədək Şəki şəhəri üzrə Vergilər Şöbəsinin hüquqi şəxslərin vergiyə cəlb edilməsi bölməsinin dövlət vergi müfəttişi, 05.02.2001-ci il tarixdən 13.11.2002-ci il tarixədək Şəki şəhəri Vergilər Şöbəsinin Bəyannamələrin yoxlanılması və uçotunun təşkili bölməsinin baş dövlət vergi müfəttişi vəzifələrində işləmiş, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən rayon vergilər şöbələri ləğv edildiyi üçün 13.11.2002-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, işə qəbulla əlaqədar keçirilən müsabiqədən müvəffəqiyyətlə keçərək, 15.01.2003-cü il tarixdə Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələr şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş və həmin vəzifədə 13.03.2003-cü il tarixədək işləmişdir.

13.03.2003-cü il tarixdən 26.08.2004-cü il tarixədək həmin şöbənin rəisi, 26.08.2004-cü il tarixdən 28.04.2006-cı il tarixədək 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi, 28.04.2006-cı il tarixdən 06.06.2008-ci il tarixədək 12 saylı Ərazi Vergilər İdarəsinin rəisi, 06.06.2008-ci il tarixdən 29.01.2010-cu il tarixədək Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialının rəisi, 29.01.2010-cu il tarixdən 04.02.2010-cu il tarixədək Bakı şəhəri Vergilər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.

04.02.2010-cu il tarixdən Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 fevral tarixli 738 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10-illiyi (2000-2010)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı vardır.


Tarix: 06.02.2015 / 16:21 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Qərbi Azərbaycan