beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məmməd Oruc

Yaradıcılığı
Məmməd Oruc Azərbaycan ədəbiyyatının dəyərli yazıçılarından biridir. Onun oxucuların rəğbətini qazanan “Əzraillə söhbət”, “Köçürlümə”, “Oyun havası”, “Günlərin bir günündə” kimi maraqlı nəsr əsərləri var. "Ailə səadəti", "Yadigar mahnı", "Leylək körfəzi", "Köçürülmə" kitablarının, "Təbriz almaları", "Oğulla görüş" və s. pyeslərin müəllifidir.

M. Oruc Azərbaycan ədəbiyyatında özünəməxsus səsi və nəfəsi olan yazıçılardandır, o öz üslubu ilə daim seçilməyi bacarıb. Tənqidçilərin fikrincə, onun nəsri millilik kontekstində dünyəvi ideyaları özündə birləşdirə bilir. Ən əsası bu ümumiləşdirmələr çox maraqlı konteksdə üzə çıxır. M.Orucun nasir kimi ən üstün özəlliklərindən biri də ağrılarını kifayət qədər saf və təmiz düşüncəylə yazmaq və bunu oxucuya çatdırmaq bacarığıdır.

1993-cü ildən "Azərbaycan" jurnalının nəsr bölməsinə rəhbərlik edir.


Tarix: 06.02.2015 / 16:20 Müəllif: Feriska Baxılıb: 135 Bölmə: Qərbi Azərbaycan