Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məcnun Kərimov

Həyatı
Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub.

1972-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının «Xalq çalğı alətləri» şöbəsini bitirib.

1991-ci ildən Bakı Musiqi Akademiyasının «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının müdiri vəzifəsində çalışıb.

1995-ci ildə «Azərbaycanın qədim simli çalğı alətləri» (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.

Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.

1996-cı ildə «Qədim musiqi alətləri» Dövlət ansamblını yaradıb və ansamblın bədii rəhbəri olub.

1998-ci ildən Bakı Musiqi Akademiyası «Xalq çalğı alətləri» kafedrasının dosenti idi.

Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən M.Kərimov saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib.

M.Kərimovla vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilmişdir. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunmuşdur.

Məqalələri
"Musiqi dünyası" jurnalı - Azərbaycanın qədim musiqi alətləri.
"Musiqi dünyası" jurnalı - Tənbur və onun müxtəlif növləri.
"Musiqi dünyası" jurnalı - Azərbaycan qədim simli alətləri: səntur.
"Musiqi dünyası" jurnalı - Muğam ifaçılığı sənətində xanəndə və sazəndə dəstələrinin rolu (Fuad Əzimli ilə birgə)
"Harmony" jurnalı - О восстановлении забытых древних азербайджанских музыкальных инструментов чанга и барбета.
Filmoqrafiya
Udun nağılı (film, 2005)
Sübhün səfiri (film, 2012)


Tarix: 06.02.2015 / 17:12 Müəllif: Feriska Baxılıb: 211 Bölmə: Qərbi Azərbaycan
loading...